Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Millitv.az-ın “Ölkə.az”a istinadən məlumatına görə, agentliyin 2020-ci ilin yekununda cəmi zərəri 98,724 mln manat olub. Bu isə 2019-cu ilin zərəri ilə müqayisədə 29% çoxdur. Həmin ildə qurumun zərəri 76,448 mln manat olub.
2020-ci ilin yekununda agentliyin əməliyyat zərəri 99,300 mln manat təşkil edib.
2020-ci il dekabrın 31-nə BNA-nın cəmi aktivləri illik müqayisədə 14,1% artaraq 543,275 mln manat, cəmi öhdəlikləri isə 31% artaraq 68,218 mln manat təşkil edib.
Nizamnamə kapitalı 49,068 mln manat olan agentliyə 2020-ci ildə dövlət tərəfindən edilən investisiya 705,343 mln manat təşkil edib. Qurumun yığılmış zərəri il ərzində 1,8 dəfə artaraq 219,354 mln manata çatıb.
Nəticədə, BNA-nın cəmi kapitalı 535,057 mln manat təşkil edib.