"Rafil Hüseynov Ramiz Mehdiyevin əlaltılarından biri idi. Öl desəydi ölərdi... Onu Prezident Administrasiyasından - kurator vəzifəsindən icra başçısı postuna, ilk əvvəl Masallıya, sonra da Ağcabədiyə Ramiz Mehdiyev yollayıb. İndi də Ağcabədidə Mehdiyev qanunları hökm sürür..." Bu sözlər DİA.AZ-a ünvanlanan qısa müraciətdə yer alıb.
Ağcabədi sakinləri adından edilən müraciətdə daha sonra deyilir:
"Rafil Hüseynov dünənə qədər mətbuatı da rahatlıqla susdururdu. Hətta Əli Həsnovun Mətbuat Şurası da ona xidmət edirdi. Kim Rafil Hüseynovdan yazırdısa, əvvəlcə Əflatun Amaşov, sonra da məhkəmələr araya giridi. Hətta polis rəisləri də bu adamın xidmətində idi. İndi yenə də Rafil Hüseynov iş başındadır.
Doğrudur, əlindəki əvvəlki rıçaqlar yoxdur. Amma vəzifədədir. Deməli, hələ də təhlükə qalır..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...