Axtarış...

Arzu Rəhimovun işçiləri özlərinə YIĞIŞMAYIBLAR... - İTTİHAM

Arzu Rəhimovun işçiləri özlərinə YIĞIŞMAYIBLAR... - İTTİHAM

2020-ci ilin payızında baş vermiş və şanlı ordumuzun qələbəsi ilə başa çatan, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi Azərbaycanın çox övladları üçün qeyrət sınağı oldu. Əlbət ki, bütövlükdə xalqımız bu sınaqdan alnıaçıq çıxdı. Amma nə heyf ki, bu qeyrət imtahanından üzüağ çıxmayanlar da oldu.

Hamıya bəllidir ki, Azərbaycanın bu haqq savaşının vaxtının yetişdiyi hələ 2020-ci ilin iyul ayında, cəbhənin Tovuz rayonu istiqamətində general Polad Həşimov və digər zabit və əsgərlərimizin şəhid olduğu andan mütləqləşmişdi. Cavanlar Azadlıq Meydanına yürüş edib şəhidlərin qisasının alınması üçün səfərbər olunmalarını tələb edirdilər. Hətta hərbi xidmətə cəlb olunmaqdan möhlət hüququ olan tələbələrin belə könüllü olaraq orduya yazılmaq istədikləri belə bir vaxtda qanunsuz yolla əsgərlikdən yayınmaq nə deməkdir? Cavab bəllidir: Fərarilik, Qorxaqlıq, Biqeyrətlik!

Bir müddət öncə “Dəryaz” qəzeti redaksiyasına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Zəngilan rayon şöbəsində baş vermiş qanunsuzluqla bağlı xeyli məlumat daxil olmuşdu. Məlumatlardan birində bildirilirdi ki, əslən Zəngilan rayonundan olan çağırışçı, 08 iyul 2002-ci il təvəllüdlü Məmmədov Rəsul Elçin oğlu 2020-ci ilin iyul ayında Türkiyə Cümhuriyyətində təhsil aldığı əsas gətirilərək 500 (beş yüz) manat pul qarşılığında SHXÇDX-nin Zəngilan rayon şöbəsindən hərbi xidmətdən möhlət hüququnun tanınması ilə bağlı arayış almışdır. O, arayışı əldə etdikdən sonra Azərbaycanı tərk etmiş və o vaxtdan ölkəyə qayıtmamışdır. Buna baxmayaraq, ötən müddət ərzində Rəsul Məmmədov qardaş ölkədə təhsil alıb-almaması ilə bağlı SHXÇDX Zəngilan rayon şöbəsinə heç bir sənəd təqdim etmir. Ötən il yarım zaman ərzində R.Məmmədovun harada olması ilə bağlı Dövlət Xidmətinin Zəngilan rayon şöbəsi heç bir araşdırma aparmamış, onun ölkəmizə gətirilməsini təmin etmək bir yana, hətta həmin şəxsi həqiqi hərbi xidmətə çağırmamışdır. Bu hal ciddi qanun pozuntusu olsa da, bununla bağlı Dövlət Xidmətinin Zəngilan rayon şöbəsinin əməkdaşları üzərlərinə düşən vəzifələri yerinə yetirməmişlər və R.Məmmədovun hərbi xidmətdən yayınmasına şərait yaratmışlar.

Redaksiya olaraq, öz növbəmizdə məsələ ilə bağlı obyektiv araşdırma aparılması üçün Prezidentin hərbi məsələlər üzrə köməkçisinə, hərbi prokurora, SHXÇDX rəisinə, Dövlət Xidmətinin Zəngilan rayon şöbəsinə məktubla müraciət etdik.

İlkin olaraq məktubla müraciət etdiyimiz SHXÇDX məktubumuzu araşdırılması üçün Zəngilan rayon şöbəsinə göndərdi. Şöbədən bizə cavab yazdılar ki, bəs sorğunu mərkəzə göndərməlisiniz. Hərbi prokurorluğa yazdığımız məktubun da bir surəti araşdırılması üçün SHXÇDX-nə, bir surəti də məlumat üçün redaksiyamıza göndərildi.

Təəssüf ki, bu qurumlar cavab vermək əvəzinə, R.Məmmədovun özünü hansısa veteranlar birliyinin sədri kimi təqdim edən əmisi bizə zəng vurub hədə-qorxu gəlməyə başladı: “O məlumatı sizə kim verib, deyin, o adamın başını kəsəcəyəm!..”

Maraqlıdır, öz qardaşı oğlunu hərbi xidmətdən yayındıran əmi necə veteranlar birliyinin sədri olur? Hədələrinin effekt vermədiyini görən həmin şəxs bu azmış kimi, hətta bir az da irəli gedərək Xətai Rayon Polis İdarəsinə şikayət etmişdir ki, guya biz onun qardaşı oğlunu təhqir etmişik. Müstəqil araşdırmalarımızdan öyrənə bildik ki, R.Məmmədova məlum arayışı SHXÇDX-nin Zəngilan rayon şöbəsinin sabiq rəisi Adil Hüseynov verib. Hansı ki, hazırda Dövlət Xidmətinin Nəsimi rayon şöbəsində rəhbər vəzifədə işləyir. Arayış üçün rüşvəti isə R.Məmmədovdan Zəngilan şöbəsinin Yaşar Şirinov adlı əməkdaşı alıb. Halbuki, şöbənin çağırış bölməsinin rəisi Rafael Xəlilovdur. Görünür, Şirinov kiçik vəzifəli əməkdaş olduğuna görə “ilanı tutmaq üçün Seyid Əhməd kimi” qabağa verilib. Ümumiyyətlə, Dövlət Xidmətinin Zəngilan şöbəsində bu qəbildən onlarla neqativ fakt barədə məlumatlar vardır ki, onları oxucularımızla irəliləyən görüşlərimizdə tanış edəcəyik.

Məluymat üçün qeyd edək ki, SHXÇDX-nin Zəngilan şöbəsi Sabunçu rayonunda qərargah qurub. Gəlin razılaşaq ki, 2020-ci ilin iyulunda, hələ Zəngilanın işğal altında inlədiyi bir vaxtda belə bir nadürüstlüyə rəvac vermək kişilik deyildi.

Movzuya qayıdacağıq

Deryaz.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz