Axtarış...

Zakir Fərəcovun dizini bükdüyü ÜNVAN... - GİLEY

Zakir Fərəcovun dizini bükdüyü ÜNVAN... - GİLEY

Təxminən Sumqayıt şəhərinin 20-25 kilometirliyinədə yerləşən Yaşma deyilən yaşayış məntəqəsinin bir hissəsi eramızdan 100 min il əvvəl soyuqlaşmadan istiləşməyə keçid edən Mezolit dövrünün inkişafını xatırladır. Niyə Mezolit? Təəcüblənmək lazım deyil, bəli məhz o cürdür. XXI-ci əsrdə dünyada müasir texnologiyaların və innovasiyaların böyük sürətlə inkişaf etdiyi bir zamanda, acınacaqlı durumda, susuz, işıqsız, qazsız bir çöllükdə və gecələr vahiməli bir yeri xatırladan ərazidə məskunlaşan insanların həyat tərzi ibtidai icma qurluşunu xatırladır.

Dəhşətlisi odur ki, Prezident İlham Əliyevin tez-tez Azərbaycanın şimal bölgəsinə, yol üstündə olan Yaşma ərazisindən səfər etdiyi bir yerə bu qədər laqeydliyin, qayğısızlığın göstərilməsi və hətta orda dünyaya göz açmış, artıq həddi-buluğa çatmış yeniyetmələrin, dövlət başçısı İlham Əliyevi tanımamaları dözülməzdir. Sizcə məmur özbaşınalığı ucbatından, şəxsi maraqlarının təmin edilmədiyi, susuz, qazsız, işıqsız bir ərazinin sakinləri XXI-ci əsrdə dünyadan və dövlət başçısının kim olmasından necə xəbərdar olmalıdırlar? Ola bilsin ki, bəzi məmurlar ibtidai təfəkkür sahibidirlər. Amma inandırıcı deyil ki, Prezident Administrasiyasında oturan şəxslər üçün də bu cür halların mövcudluğu əhəmiyyət kəsb etməsin. Yanılmıramsa, hazırda Yaşmada baş verən acınacaqlı durum isə bunun tamam əksini göstərir.

Yaşma massivinin Unverisitet və Nəqliyyatçı ərazisinin sakinlərindən biri İmanov Yolçu Qiyas oğlu uzun illərdir acınacaqlı durumda olduqlarını qeyd edirlər. Qeyd edək ki, həmin ərazidə yüzlərlə insan illərdir ki, susuz, işıqsız, qazsız və yolsuzluqdan əziyyət çəkirlər. Payız-qış aylarında, xüsusilə yağışlı və qarlı havada massivə girib-çıxmaq ümumiyyətlə mümkün olmur. Sakinlər ümid edirlər ki, nə vaxtsa onların yaşadığı əraziyə də diqqət göstəriləcək. Amma bu illərdir davam edir. Ümidlər isə sonda puça çıxır. Massivdə yaşayan insanların əksəriyyəti kasıb olduqlarından öz hesablarına su, işıq, qaz və yollarını düzəltdirə bilmirlər. Baxmayaraq ki, sakinlərin mövcud olan problemlərlə bağlı, lazımı qurumlara müraciət etmələrinə məsələ həllinin bu günə kimi tapmayıb. Digər sakin Bəşirov Arif Aşur oğlu isə qeyd edir ki, müraciətləri əsasında bir neçə dəfə Sumqayıt Qaz İstismarı İdarəsindən əraziyə baxış keçiriblər. Lakin sonda belə qərara gəlinib ki, orda yaşayan əhalinin mavi yanacağa olan təlabatını ödəmək üçün qaz xəttini öz hesablarına çəkməlidirlər. Bu isə dövlət rüsumundan əlavə 15-20 min manat civarında pul edir. Hansı əsasla məsələyə gəldikdə isə əhaliyə bunun izahı verilmir. Nəzərə alsaq ki, ölkədə həyata keçirilən islahatlar içərisində əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi üçün prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda paytaxtla yanaşı, bölgələrdə də qazlaşdırmanın səviyyəsinin 100 faizə çatdırılması ilə bağlı göstərişlərində, əhalinin öz hesabına qaz xətlərinin çəkilməsi barədə heç bir söz deyilməyib. Lakin Sumqayıt Qaz İstismarı İdarəsinin vəzifəli məmurları isə təkid edirlər ki, qaz xətti yalnız sakinlərin öz hesabına çəkilə bilər. İndi sakinlər nə edəcəklərini və kimdən ümid gözləyəcəklərini bilmirlər. //pia.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz