Axtarış...

Ramil Usubovdan mühüm açıqlamalar - SON DƏQİQƏ



"Möhtərəm Prezidentimiz İlham Əliyevartıq bir ölkənin, bölgənin lideri statusunu dəfələrlə üstələyən, qlobal miqyasda söz və nüfuz sahibi olan, dünyaya yeni baxış, ədalətli meyarlar təqdim edən şəxsiyyət kimi tanınır.

Bu gün cənab Prezidentin timsalında Azərbaycan Respublikası dünyanın enerji xəritəsinin və yeni nəqliyyat-logistik meyarlarının müəyyənləşməsində mühüm rol oynayan, beynəlxalq təhlükəsizliyin təminində əsaslı töhfələr verən, sivilizasiyalararası əməkdaşlığı uğurla həyata keçirən qüdrətli ölkədir. Tam müstəqil siyasət yürüdən Prezident İlham Əliyevin qlobal liderliyi həm də Azərbaycanın davamlı artan beynəlxalq nüfuzunu şərtləndirir. Son 17 il ərzində o qədər böyük nailiyyətlərə, genişmiqyaslı inkişaf dinamikasına nail olmuşuq ki, sözün düzü, onların hamısını qeyd etmək çox vaxt aparar. Bütün bu tarixi uğurları mən bir ifadədə birləşdirmək istərdim. Bu, tarixin ən qüdrətli Azərbaycanıdır. Tarix boyu həsrətində olduğumuz ən möhtəşəm, güclü, rifahlı Azərbaycan məhz müasir dövrün reallığıdır, ən əsası isə Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin təntənəsidir".

Millitv.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov"Azərbaycan" qəzetinə müsahibəsində deyib.

O bildirib ki, müasir elmi-texniki inkişaf səviyyəsi milli təhlükəsizliyə qarşı yönələn potensial təhdidlərin sırasını genişləndirərək, ölkəmizin təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına uyğun qurulmasını labüdləşdirir və çevik yanaşma tələb edir: "Əminliklə demək olar ki, Prezident İlham Əliyev tərəfindən qurulmuş çoxşaxəli təhlükəsizlik sistemi ölkəmizə yönələn bütün qəsdlərin və təhdidlərin qarşısını almağa qadirdir. Hazırda bu sahədə əsaslı normativ baza yaradılmışdır, maddi-texniki təminat ən yüksək səviyyədədir, ciddi kadr potensialına malik sistem fəaliyyət göstərir. Son illər respublikamızda uğurla həyata keçirilən siyasət, ilk növbədə, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafına yönəlib. Cənab Prezidentin haqlı olaraq bəyan etdiyi kimi, Azərbaycan bu gün dünyada sülh və sabitlik adası olaraq tanınır, bütün dünyada sülh və sabitliyə töhfə verir. NATO-nun sülhyaratma missiyalarının tərkibində terrorçuluqla mübarizədə fəal iştirak edir".

R.Usubov vurğulayıb ki, dünyada sülh, sabitlik və təhlükəsizlik problemlərinin həllinə, eləcə də tolerant və multikultural ideyaların təbliğinə xidmət edən qlobal formatlı forumlar, konfranslar Bakı şəhərində keçirilir: "Bu təşəbbüslər Azərbaycanın Şərqlə Qərbi təkcə əlverişli tranzit və enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi tellərlə bağlayan ölkə olduğunu bir daha göstərir. Belə tədbirlər sayəsində Azərbaycan hazırda dünyada demokratiya yolunda inamla irəliləyən, multikultural dəyərlərə sadiq olan, sürətlə inkişaf edən, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi tanınır". //Report.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz