Axtarış...

Zakir Fərəcovun PLANINI POZAN OLACAQMI? - İDDİA

Zakir Fərəcovun PLANINI POZAN OLACAQMI? - İDDİA

Sumqayıtın icra başçısı Zakir Fərəcovun ərazi idarəetmə üzrə şöbə müdiri Gündüz Əliyevi özünə müavin etmək istəyi alınmayıb.

Millitv.az-ın asiya.az-a istinadla məlumatına görə, Zakir Fərəcovun bununla bağlı verdiyi təqdimata Prezident Administrasiyasında “yox” deyiblər.

Bundan sonra Zakir Fərəcov şəhərin baş memarı olan Adil Xudatatovu həmin vakansiyaya təyin etdirməyə çalışır. Qeyd edək ki, sözügedən şəxs yaxşı reputasiyaya malik deyil. Onun adı Sumqayıt şəhərində abadlıq işlərini görən sahibkarların kütləvi şəkildə aldadılmasında hallanıb. Həmin sahibkarlar hələ də Sumqayıtda gördükləri işə görə öz vəsaitlərini ala bilməyiblər və dayanmadan bütün yuxarı instansiyalara şikayətlər ünvanlayırlar. Onda isə sual olunur: Zakir Fərəcov niyə bu cür şəxsin özünə müavin təyin edilməsində israrlıdır? Çavab sadədir, Xudatatov bütün qanunsuz tapşırıqları belə, canla-başla yerinə yetirməyə hazır olan adamdır. Ümidvarıq ki, Prezident Administrasiyası belə reputasiyaya malik şəxsin müavin təyinatına öz etirazını edəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz