Xəbər verdiyimiz kimi, Yardımlı rayonuda rüşvət və koorrupsiya halları tüğyan edir. Bildirilir ki, rayonda qəstən vətəndaşların incidilməsi, qəbullara süni maneələr yaradılması icra başçısının və müvinlərin Prezident İlham Əliyievə qoyduqları "hörmət"dən irəli gəlir.
Beləki, əldə etdiyimiz faktların və rüşvət videosunun dili ilə desək, icra hakimiyyətinə iş və ya dərdi üçün gələn hər hansı bir şəxs varsa "pulunu ver şəklini çəkdir" yolu ilə həyata keçirilir. Vəzifəyə gedmək, yol çəkmək arzusu olan, tikintiyə və obyektlərə cərəncam, meşədə restoranan tikdirmək, yüz hektarlarla torpaq əldə etmək bu və bu kimi işlər pullu xidmətlər hesab olunur. Deyilənlərə görə həttda icra başçısı və müavinlərə salam vermək belə pulladır. İcra hakimiyyətində belə bir hoqqa və mexanizimi yaradan şəxs və şəxslər çəkinmədən açıq şəkildə rüşvət almağı da digər sıradan olan işlər kimi həyata keçirirlər. Yardımlı rayonunu belə manapliyaya çevirən isə icra başçısı Ayaz Əsgərov olduğu heç kimə sirr deyil. Yerli məmurlaraın ərazi nümayəndələrinin bələdiyyələrin aylıq "hörmət" sayəsində işləməsi onların özbaşınalığına yol açır və acmaqdadır.
Xülasə əlimizə yetişdirilən videoda da göründüyü kimi Yardımlı rayon icra başçısı müavini 5 min manatı elə minnətlə alır ki, elə bill tutduğu vəzifə ona miras qalıb. Bu azmış kimi bildirib ki, "burda mənə heçnə qalmır, böyük bir qismi icra başçısına digər hissəsində ora çatacaq..."
Bildirək ki, həmin videogörüntünü oxucularımıza və hüuq-mühafizə orqanlarına təqdim etməyə çalışacağıq.
Ətraflı və bütün təfərrüatlar videogörüntüdə olacaq. İzləyin ki, xəbəriniz olsun...!
İxa.az