Axtarış...

Nəcməddin Sadıkovun ZİREHLİ MAŞINI... - 590 min avroluq “Toyota”dan ölkədə nə qədərdir?

Nəcməddin Sadıkovun ZİREHLİ MAŞINI... - 590 min avroluq “Toyota”dan ölkədə nə qədərdir?

Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, ehtiyatda olan general Nəcməddin Sadıkovun Bakıda qəza törətməsi olayında maraqlı bir detal var. Sadıkovun idarə etdiyi Az 90 AS 020 nömrəli, “Toyota Land Cruiser” markalı avtomobillə “Toyota Prius” markalı avtomobilin toqquşmasından sonra bəlli olub ki, sabiq rəisin maşını zirehlidir.
Maraqlıdır belə zirehli avtomobillər neçəyidi və ölkədə onlardan nə qədər var? İstefada olan generalın zirehli maşında gəzməsinə rəylər necədir?

Ondan başlayaq ki, Nəcməddin Sadıkov zirehli maşını hansı pulla alınıb sualı da artıqdır. Vəzifədə olduğu dönəmdə adı büdcə vəsaitlərinin külli miqdarda mənimsənilməsi olaylarında təkrar-təkrar hallanıb.

Nəcməddin Sadıkovun ZİREHLİ MAŞINI... - 590 min avroluq “Toyota”dan ölkədə nə qədərdir?

Onun yüz belə avtomobil almaq imkanına sahib olması da təəccüblü olmamalıdır. Ordudakı zirehli döyüş maşınlarının pullarının hara getməsini bilmək üçün Nəcməddin Sadıkovun sürdüyü maşının dəyərinə diqqət etmək kifayətdir. Zirehli maşınların bazar qiyməti 200 min dollardan başlayır və 2-3 milyon dollara qədər ola bilir.
Nəcməddin Sadıkovun ZİREHLİ MAŞINI... - 590 min avroluq “Toyota”dan ölkədə nə qədərdir?

Məsələn, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan, həbsindən az əvvələ qədər “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov dəyəri 1 milyon 200 min dollar olan “Mercedes G63 AMC İNCAS” zirehli avtomobildə gəzirdi.

Zirehli maşınlar əsasən Almaniyanın məşhur avtomobil markaları tərəfindən istehsal olunur. Yaponiya, Koreya, Rusiya istehsallı da zirehli maşınlar az deyil. Belə maşınların salonunda olanlar snayper gülləsi və qrantomyotun zərbəsindən zireh hesabına qorunur. Azərbaycan reallığında ilk və tək fakt deyil. Bu günə qədər tanınmış dövlət adamları, siyasətçilər, hətta müğənnilər arasında da öz həyatını qorumaq üçün zirehli maşından istifadə edənlər az olmayıb.

Bəs bəşəriyyət? İlk zirehli maşın nə vaxt, harada istehsal olunub?

İlk zirehli maşın Rusiyada yaradılıb. Mühəndis Luskoy 1900-cü ildə onun ilkin ideyasını verib eskizlərini cızsa da 1902-ci ildə mühəndis Simms gücünü səfərbər edərək onu araya-ərsəyə gətirib. Dünya tarixində zirehli maşından ilk dəfə istifadə edən siyasi lider ABŞ prezidenti Harri Trumen olub. 1949-cu ildə həyatını qorumaq istəyən prezident zirehli maşının ən ibtidai formasından istifadə edib. Sovetlərdə isə ilk zirehli maşın Stalinə ABŞ prezidenti Franklin Ruzvelt tərəfindən hədiyyə edilib. Hətta Stalin Tehran, Yalta, Potsdam səfərlərinə gedərkən qatardan düşən kimi ona hədiyyə edilmiş ağ rəngli zirehli “Mercedes”indən istifadə edib. Dünyanın əksər ölkələrinin prezidentləri qarajlarında zirehli maşınlar saxlayırlar.

Azərbaycanda ilk dəfə zirehli maşından mərhum dövlət başçısı Əbülfəz Elçibəy istifadə edib. Vəzifədən getdikdən sonra isə sözügedən maşın mərhum prezident Heydər Əliyevin istifadəsinə verilib. Hazırda əksər nazirlər də təhlükəsizlik məqsədilə belə maşından istifadə edirlər. İş adamlarından isə “Azersun Holdinq”in prezidenti Abdolbari Gozelin xidməti maşınının zirehli olduğu bildirilir.

Nəcməddin Sadıkova gəlincə, o, 2009-cu ilin fevralından bu yana zirehli maşında gəzir. Həmin il müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev qətlə yetiriləndən sonra o zaman Müdafiə Nazirliyi Baş Qərargahının rəisi postunda olan Nəcməddin Sadıkov özünə “BMW” markalı zirehli maşın alıb.

Zirehli maşınlar təhlükəyə qarşı müqavimət dərəcəsinə görə üç qrupa bölünür: V4, V6 və V7.

V4 qrupuna daxil olan zirehli avtomobillər 44 kalibrli silahdan açılan atəşə dözümlüdür. Bu kateqoriyadan olan maşınlar adətən qarət və xuliqanlıqdan qorunmaq üçündür. V6 və V7 mühafizə dərəcəli zirehli maşınlar isə adətən sui-qəsd və terror hadisələrindən uğurla çıxır. Bu tipdən olan zirehli maşınlar ardıcıl atılan 2 qumbaraatan mərmisinə dözür.

İlkin istehsalda zirehlənmiş maşınlarla yanaşı, sonradan sifarişlə yığılan zirehli maşından da istifadə edilir. Bu zaman yığılan maşının çəkisi 1.5 tona qədər ağırlaşır. Ağır zirehli maşında şüşənin qalınlığı isə 46 mm olur.

Zirehli maşınların hücum zamanı qorunma mexanizmində 2 əsas məqam özünü göstərir:

Hücum yerindən təcili uzaqlaşa bilmə

Təhlükəsizlik qaydalarına maksimum riayət etmə.

Hücum zamanı qorunmanın özəlliyinə gəlincə isə bu zaman maşının əsas hissəsi sərnişin salonu sayılır. Adətən belə maşınlarda şüşənin qalınlığı 6 santimetr olur və polikarbonat plastik materialdan hazırlanır. Bu şüşələr hətta birbaşa avtomat atəşinin də qarşısını almağa qadirdir.

Belə avtomobillərin zəif yeri varmı?

Zirehli maşınların zəif yeri alt hissəsidir. Maşının altında mina partladılarsa, alt hissəyə partladıcı yerləşdirilərsə, salondakılara xəsarət yetirilə bilər. Müasir zirehli maşınlarda bu xüsusat nəzərə alınıb. Maşının alt hissəsi də zirehlə təmin edilib. Bu məsələnin mənfi tərəfi odur ki, maşının altında partlayış baş verəndə aşır. Təhlükəli ərazidən uzaqlaşmaq mümkün olmur. Altında mina partlayan maşında sərnişinlərin xəsarət alması, hətta ölümcül xəsarət alması da mümkündür. Bu, o zaman baş verə bilər ki, sərnişin təhlükəsizlik kəmərini bağlamasın.
Nəcməddin Sadıkovun ZİREHLİ MAŞINI... - 590 min avroluq “Toyota”dan ölkədə nə qədərdir?

Hazırda isə müasir zirehli maşın mühəndisləri tamam başqa nüansları ön plana çəkirlər. İndiki vaxtda belə maşın sahibləri üçün limuzinlərinin hücumdan maksimum az ziyanla qurtulmaq əvəzinə hücum yerindən maksimum tez uzaqlaşıb təhlükəsiz yerə gedə bilməsi önəmlidir. “Prezident səviyyəli təhlükəsizliyə” malik olduğu deyilən zirehli maşınların radiatoru, akkumulyatoru və generatoru zirehli müdafiə ilə təchiz olunub. Yanacaq çəni partlayış zamanı blokirovka sisteminə qoşulub. Bundan başqa, limuzinin təkərləri də partlayışa davamlı olur.

Hazırda dünyada zirehli maşınlar 3 kateqoriya üzrə istehsal edilir: şəxsi müdafiə üçün zirehlənmiş avtomobil; İnkassasiya və qiymətli əşyaların daşınması üçün; müxtəlif növ zirehli şüşələrlə təchiz olunmuş bank, ofis və şəxsi evlər üçün maşınlar.
Nəcməddin Sadıkovun ZİREHLİ MAŞINI... - 590 min avroluq “Toyota”dan ölkədə nə qədərdir?

Zirehli maşın istehsalı ilə dünyanın tanınmış avtomobil istehsalçıları olan şirkətlər məşğul olur. Maşınların təhlükəsizliyi beynəlxalq təhlükəsizlik normaları ilə tənzimlənir və uğurlu sınaqdan çıxdıqdan sonra müvafiq dövlət orqanı tərəfindən sertifikat verilir və bazara yol alır.

Zirehlənmiş, V4 sistemi ilə qorunan “Audi”nin qiyməti 165 min avrodur. Nəcməddin Sadıkovun istifadə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil V6/V7 qoruma səviyyəlidir, qiyməti isə 590 min avrodur. Zirehlənmiş “Mercedes S-Class” isə 570 min avrodur. Azərbaycanda zirehli maşınların istifadəsinə dair qanunla hər hansı bir rəsmi qadağa yoxdur. Bununla belə, Azərbaycanda zirehli maşınlara xüsusi nəzarət var. Bu tip maşınlar ölkəyə sifariş əsasında, qeyri-rəsmi razılıq əsasında gətirilir...
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz