Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə sənayesi müəssisələrini ziyarət edib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə sənayesi müəssisələrində olan general-polkovnik N.Sadıkov hərbi təyinatlı məhsullara baxış keçirərək onların imkanları ilə tanış olub