Oxucularımızdan biri Nərimanov rayonu 5 saylı xəstəxananın önündəki mənzərədən, daha dəqiqi, özbaşınalıqdan giley edir. Bu barədə DİA.AZ-a müraciət edən oxucumuz aşağıdakı fotoları yollayıb:
Oxucumuz dia.az-a yazır: "Gördüyünüz kimi, xəstəxananın darvazası 15 metr irəlidədir, amma çölə şlaqbaum qoyulub ki, müayinəyə və ya xəstə yanına gələnlərdən pul yığa bilsinlər.
Hər adamdan ən azından 50 qəpik pul alınır, 1 manat verəndə isə qalığı qaytarılmır. Əvvəl yox idi şlaqbaum, hamı rahat maşın saxlayırdı, çıxanda isə "parkovşik"ə ya PUL verərdi, ya da yox... İndi isə məcburi pul verməlisən...
Şlaqbaumun qanunsuz olduğu isə gün kimi aydındır. Çünki verdiyin pulun qarşılığında hansısa qəbz verilmir..."
DİA.AZ bildirir ki, hər halda oxucumuzun qaldırdığı bur problemi yaradan ünvanın kimliyi hər kəsə aydındır. Kimsə 5 saylı xəstəxananın rəhbərliyindən xəbərsiz ora şlaqbaum quraşdıra bilməz. Bunu isə bir adı var: TANAHKARLIQ...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir...