Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi, milyonçu Rəfael Mehralıyevin əmlaklarının sayı-hesabı bilinmir. Az qala hər ay onun Azərbaycanda və Türkiyədə biznesinin yeni siyahısı təzələnir. Hətta xanımı da artıq əmlaklara sahiblənib.
Bu gedişat göstərir ki, məmur oliqarxiya ilə mübarizədə növbə Mehralıyevə çatıb. Hətta onun da əmlaklarına deputat Cavanşir Feyziyevin mülkləri kimi həbs qoyula bilər. TİA.Az xəbər verir ki, Bakı meri Eldar Əzizov da onu vəzifəsindən azad etmək istəyir. Lakin Mehralıyev müqavimət göstərməkdədir. Onun hansı yollarla varlanması haqda yuxarı dairələrə məruzə olunub. Bu sərvətin qanunsuz əldə edildiyi aşkarlansa, müsadirə edilə və vəsait Qarabağda quruculuğa yönəldilə bilər. Mediada yayılan xəbərlərə istinadən Mehrəliyevin əmlakına bir nəzər salaq:
1. Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi.
2. Həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb
3. İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Rəşid yeznənlə bağlı obyektlər
4. Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt
Türkiyədə Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər…
Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfael Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib.
Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır.
Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.