Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov yeni təyinatlar edib.
Millitv.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun əmri ilə İH-nin Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyеv vəzifəsindən azad edilib və onun yerinə Elgün Həbibullayev təyin olunub.
E. Əzizov BŞİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılovun da vəzifəsindən azad olunması haqda əmr imzalayıb. Onun yerinə Əli Əliyev bu vəzifəyə təyin olunub.
İcra Hakimiyyətinin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri Vahid İsmayılov vəzifəsindən azad edilib və onun yerinə Aparat rəhbəri vəzifəsindən azad edilən Rasim Quliyev təyin olunub.
Bundan başqa BŞİH-nin ümumi şöbəsində də dəyişiklik edilib. Belə ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub.