Axtarış...

Yevlaxda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanlar apteklərdə satdırılır – GİZLİ ÇƏKİLİŞ

Yevlaxda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanlar apteklərdə satdırılır – GİZLİ ÇƏKİLİŞ

Yevlax şəhər Mərkəzi Xəstəxanasında baş verən qanun pozuntuları ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Adı çəkilən səhiyyə müəssisəsinin rəhbərliyi şəkərli diabet xəstələrinə verilən dərman preparatlarını apteklərə verib, orada satdırır.

Rayonun Mərkəzi Xəstəxanasında baş verən qanun pozuntularını aidiyyəti orqanların “görməməsi” bizlər üçün çox maraqlıdır.

Əldə etdiyimiz məlumata görə, şəkərli diabet xəstələrinə verilməli olan dərman preparatları həkimlər tərəfindən tanıdıqları xəstələrə verilir və rayondakı apteklərdə satdırılır.

Şikayətçi xəstələrdən bir neçəsinin məlumatına görə, Səhiyyə Nazirliyi tərəfindən verilən “İnsulin”, “Amaril” və digər preparatlar mənimsənilir və xəstələrə verilmir.

Yevlaxda şəkər xəstəliyindən əziyyət çəkən xəstələrin çoxsaylı müraciətinə əsaslanaraq rayonda qanunsuz fəaliyyət göstərən, bu kimi dərmanları satan aptekə – “Esmiranın apteki“-nə yollandıq.

Aptekə daxil olub şəkərli diabed xəstələri üçün istifadə olunan “Amaril” dərman preparatının satışda olub-olmamasını maraqlandıq. Aptekdə çalışan Misirxanova Esmira Elxan qızı bildirdi ki, bəli var. Biz əczaçı xanımdan bir qutu dərmanın verilməsini xahiş etdik. Əczaçı xanım bir müddət sonra “Amaril” adlı dərmanı bizə 7 manat 50 qəpiyə satdı. Əczaçıdan dərmanı alıb aptekdən çıxdıq.

Aptekdən aldığımız “Amaril 4 mq” dərman preparatının üzərində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. SATILA BİLMƏZ” sözləri həkk olunmuşdu.
Yevlaxda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanlar apteklərdə satdırılır – GİZLİ ÇƏKİLİŞ
Yevlaxda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanlar apteklərdə satdırılır – GİZLİ ÇƏKİLİŞ
Yevlaxda şəkər xəstələrinə pulsuz verilməli olan dərmanlar apteklərdə satdırılır – GİZLİ ÇƏKİLİŞ

Lakin buna məhəl qoymayan Esmira adlı əczaçı və dərman preparatını ona satmaq məqsədi ilə verən rayon Mərkəzi Xəstəxanasının əməkdaşları həmin dərmanı “SATIR”!

Əldə etdiyimiz məlumata görə, satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan olunan dərman preparatlarını satmaq üçün Esmira Misirxanovaya Yevlax rayon Mərkəzi Xəstəxanasının Aptekinə nəzarət edən Arif İmanov tərəfindən verildiyi iddia edilir.

Məsələ ilə bağlı KanalS.az olaraq hüquq mühafizə orqanlarına müraciət etmişik. Ümid edirik ki, bu qanunsuzluğu törədən şəxs və ya şəxslər qanun qarşısında cavab verəcək.

Xatırladaq ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin müayinə və müalicəsi üçün lazım olan dərmanlar dövlət tərəfindən verilir.

Növbəti yazımızda hansı həkimlərin bu kimi çirkin işlərlə məşğul olduğunu təqdim edəcəyik.

Bizi izləməyi unutmayın…KanalS.az

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz