Axtarış...

Cahangir Hacıyevin arvadının Londondakı İQTİSADİ CİNAYƏTLƏRİ – Avropada BANK DƏRSLİKLƏRİNƏ salındı

Cahangir Hacıyevin arvadının Londondakı İQTİSADİ CİNAYƏTLƏRİ – Avropada BANK DƏRSLİKLƏRİNƏ salındı

35 kartla Beynəlxalq Bankdan oğurlanan 211 milyon manatlıq iqtisadi cinayət haqqında demək olar ki, bütün Avropa mətbuatı, xüsus ilə də Böyük Britaniya mediyası ətraflı yazılarla çıxış edib.

Avropa mətbuatı heç cürə anlaya bilmir ki, bir gün içində təxminən 70 min manatlıq şokalad sifariş etmək nəyə lazımmış?

Media mənsubları bu qədər şokaladı sifariş verən Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın dəfələrlə qısa müddətdə etdiyi israfçılıqları gündəmə gətirməklə varlı-hallı ingilisləri də təcübləndirə biliblər.

Millitv.az xəbər verir ki, Bizim.Media-nın hazırda Avropada məşhur bankların birində təlim keçən soydaşlarımızdan əldə etdiyi məlumata görə, Zamirə Hacıyevanın Londondakı maliyyə sərgüzəştləri banklarda yeni işə başlayan işçilər üçün treninq kimi tədris olunur.

Onlara öyrədilir ki, müştərilərin xərclərin böyük məbləğlərin iqtisadi cinayət olub - olmadığını bu nümunələr üzərində axtarmaq lazımdır. Çünki adətən belə böyük məbləğləri mənasız yerə xərcləyən bank müştəriləri bu cür maliyyələri müxtəlif cinayətlər yolu ilə əldə edirlər. Ona görə də belə müştərilərin maliyyə mənbələri araşdırılmalıdır. Və Zamirə Hacıyeva nümunə gətirilir.

Bu kontekstdə Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin arvadı Zamirə Hacıyeva Avropa bank müşətiriçiliyində pis reputasiyaya malikdir.

Xatırlatma kimi deyək ki, Zamirə Hacıyeva 2018-ci ilə qədər Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

Məhkəmə qərarına görə, Cahangir Hacıyevin təşkilatçılığı və göstərişi ilə "bankı talamaq üçün" yaradılan qruplaşma üzvləri bankdan 10 ədəd plastik kart vasitəsilə milyonlarla manatı faizsiz kredit adı altında çıxarıblar.

İddiaya görə, Hacıyevin arvadı plastik kartlarla Azərbaycanda və bir çox xarici ölkələrdə bankomatlar vasitəsilə Beynəlxalq Bankdan 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə 18 milyon manat) çıxarıb.

Azərbaycanın hüquq-mühafizə orqanları hələ 2016-cı ilin yayında Zamirə Hacıyevanın da əri Cahangir Hacıyev kimi mənimsəmədə ittiham olunduğunu bəyan edib.

Məhkəmə hökmü ilə Beynəlxalq Banka vurulan ziyanın ümumi dəyəri 211 milyon 597 min manat məbləğindədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz