Axtarış...

MİLYARDER FƏRHAD ƏHMƏDOV GÖYÇAY SAKİNLƏRİNİN SUYUNU KƏSİB - Prezidentə müraciət



Göyçay rayon, Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Milyarder Fərhad Əhmədovdan şikayətçi olan S.Quliyev saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edir:

“Hörmətli Prezident!

İş adamı, milyarder Fərhad Əhmədov yaşadığım Göyçay rayonu, Qaraməryam kəndinin həyətyanı sahələrinin su mənbəyini – “yekəxana gölü” kimi tanınan su hövzəsini qanunsuz olaraq zəbt edib. Belə ki, o, çayın suyunu kəsib, kənd əhalisinin əkin sahələrinin suvarılmasına mane yaradıb.

Beləliklə, Fərhad Əhmədovun balıq gölünə görə, ailəmizin yeganə dolanışıq yeri olan torpaq sahələrimizin suvarılmasında əziyyət çəkirik. Artıq kifayət qədər meyvə ağaclarımızın quruması nəticəsində külli miqdarda maddi ziyana düşmüşük.

Milyarder Fərhad Əhmədov belə düşünür ki, Qaraməryam kəndindəki göldə saxladığı farel, osetrin və digər balıqlar ölməsin, biz camaat susuzluqdan ölsək də, meyvə ağaclarımız qurusa da olar.

Fərhad Əhmədov həmin ərazidə silahlı mühafizəçilər saxladığından, biz ora yaxın düşüb, sözümüzü deyə bilmirik, qorxuruq. Çünki Fərhad Əhmədov özünü xeyirxah insan kimi cəmiyyətə sıramaq istəsə də, o, zalım, əzazil bir insandır.

Hörmətli Prezident !

Xahiş edirəm, problemin həll olunmasında köməklik göstərəsiniz və Fərhad Əhmədovun qanunsuz zəbt etdiyi su mənbəyinin açılmasına tapşırıq verəsiniz”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MİLYARDER FƏRHAD ƏHMƏDOV GÖYÇAY SAKİNLƏRİNİN SUYUNU KƏSİB - Prezidentə müraciət

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz