Axtarış...

Poroşenko canlı efirə hücum çəkdi - Video

Poroşenko canlı efirə hücum çəkdi - Video

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko "Rada” telekanalının canlı efirinə hücum çəkib.

Parlament telekanalının efirinə maneə yaradan Poroşenko kanalın kollektivini ölkənin hazırkı rəhbərliyinə işləməkdə ittiham edib.

Eks-prezident iddia edib ki, telekanalın fəaliyyəti üçün ayrılan vəsait "Prozorro” dövlət satınalma saytından yan keçməklə ayrılıb və müxalifətə qarşı mübarizəyə yönəlib.

O bildirib ki, bu vəsaitlər "Prozorro” sistemi olmadan xərclənib və bu, tamamilə korrupsiya müqaviləsidir. Poroşenko studiyaya Ali Radanın maliyyə, vergi və gömrük siyasəti məsələləri üzrə komitəsinin rəhbəri Daniil Qetmançev ilə birgə gəlib.

Keçmiş Prezident, həmçinin aparıcını "gənc qız” adlandırıb və ona "bu qalmaqalda iştirak etməməyi” tövsiyyə edib. Buna baxmayaraq, Poroşenko gedərkən hərəkətinə görə üzr istəyib.

Ukrayna mediasının məlumatına görə, Poroşenko daha sonra bu addımını "yersiz emosiyalar” adlandırıb.

Qeyd edək ki, Poroşenko 2014-cü ildən 2019-cu ilə qədər Ukraynanın Prezidenti olub. O, Radanın hazırkı tərkibində "Avropa Həmrəyliyi” fraksiyasına rəhbərlik edir./qafqazinfo
Text-to-Speech

DİNLƏ






Şərh yaz