“Space" telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevi sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırıb. Bunun ardınca cəmiyyətdə həmin vəzifəyə təyin olunacaq şəxslər müzakirə edilib. Adı çəkilənlər içərisində tanınanlar da var.
Məsələn əməkdar artist Tahir İmanovu da “Space” telekanalının rəhbəri kimi görmək istəyənlər az deyil.
“Sherg.az” da aktyorun məsələ haqqında fikirlərini öyrənmək üçün özü ilə əlaqə saxlayıb. O, mövzuya belə münasibət bildirib:
“Mən felin gələcək zamanında danışmağı xoşlamıram. Bu haqda heç nə deyə bilmərəm. Gəlin, sənətdən danışaq”.