Axtarış...

“Müharibədən bir il keçməsinə baxmayaraq hələ də əlillik dərəcəsi ala bilmirəm” - GİLEY

“Müharibədən bir il keçməsinə baxmayaraq hələ də əlillik dərəcəsi ala bilmirəm” - GİLEY

“2-ci Qarabağ müharibəsi başlayanda mən əsgər idim. Evə qayıtmağıma 3 gün qalmışdı. Müharibənin 3-cü günü yaralandım. Talış kəndi istiqamətində döyüşmüşəm, 5 güllə dəyib mənə. Qolumun biri işləmir, vətərlər sıradan çıxıb. Sinəmə də güllə dəyib, soyuq olanda dəhşətli ağrılarım olur. Ona görə də heç bir yerdə işləyə bilmirəm. Bir az güc edən kimi qolum qıc olur. Dolanışıq vəziyyətim çox pisdir, artıq müharibədən 1 il keçməsinə baxmayaraq hələ də əlillik dərəcəsi ala bilmirəm”

Bunu Moderator.az-a açıqlamasında vətən müharibəsi döyüşçüsü Maarif Mirzəyev deyib. O daha sonra əlavə edib.

“Hara lazımdırsa göndəriblər, getmişəm sənəd gətirmişəm, amma heç bir cavab yoxdur. Əlillik qrupu ala bilmirəm. Döyüşdən məni çıxarıb Gəncə Beynəlxalq xəstəxanasına gətiriblər, orada məni əməliyyat ediblər. Döyüşlərdə başımdan zədə də almışam, buna görə məni Maştağada yerləşən 1 saylı Psixiatriya xəstəxanasına da göndəriblər, gedib orada da 21 gün yatıb sənədi gətirib Papanindəki Hərbi Qospitala təqdim etmişəm. Deyirlər ki, sənin yaraların yüngüldür. Nə yazıblarsa hamısını yüngül yazıblar. Poliklinikamız da bütün sənədləri TSEK-ə göndərib. Zəng edib maraqlanıram, həkim də deyir ki, pensiya idarəsindən cavab gözləyirəm. Bilmirəm mən nə edim? Xahiş edirəm sizdən, mənə köməklik edin. Elə də böyük istəyim yoxdur. Sadəcə istəyirəm mənə əlillik dərəcəsi, qrup versinlər” deyə qazi Maarif Mirzəyev bildirib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz