Bir neçə gün bundan əvvəl “AzerGold” QSC-nin rəhbərliyinin və cəmiyətin faliyəti ilə bağlı bir çox media saytlarında və sosial şəbəkələrdə yayılan məlumatlara cavab olaraq qeyd olunan yazı ilə bağlı “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin Mətbuatla iş sektorunun Aparıcı mütəxəssisinin Ceyhun Abasovun imzası ilə Millitv.az saytına daxil olmuş açıqlamanı sizlərə təqdim edirik.Xatırlatmaq istəyirik ki,29 noyabır tarixində millitv.az saytında "AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU... - NƏ İŞLƏR ÇEVİRİR...başlığlı yazıda cəmiyyət haqqında xoşagəlməz fikirlər yer alırdı.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin açıqlaması
Son günlər bir sıra media subyektləri və sosial şəbəkə istifadəçiləri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti, həmçinin rəhbərliyi və onun ailə üzvləri haqqında həqiqəti əks etdirməyən materiallar yayımlamaqda, bununla da qeyd olunan şəxslər barəsində ictimaiyyətdə mənfi rəy formalaşmaqdadır.
Bununla əlaqədar olaraq bildiririk ki, Cəmiyyət tərəfindən bütün tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilmiş, Cəmiyyətin rəhbərliyi və onun ailə üzvləri heç bir hüquqi və faktiki əsaslara söykənməyən materiallarda tenderlərin qalibləri olaraq göstərilən “Buta Construction” QSC və “AZCD Group” QSC-nin idarəetməsində iştirak etmir, həmçinin onların həmin şirkətlərlə hər hansı bir bağlılığı mövcud deyildir.
Təəssüflə qeyd etmək istərdik ki, rəsmi məlumatlara istinad edilmədən və dəqiqləşdirilmədən yayılan, həqiqəti əks etdirməyən bu məlumatlar nəinki ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı mədən şirkətinə çevrilmə yolunda irəliləyən şirkətimizin ictimai nüfuzuna və imicinə ciddi xələl gətirə bilər.
Hörmətli media nümayəndələri, ictimaiyyəti dəqiq informasiya ilə təmin etmək yolundakı şərəfli fəaliyyətinizdə həqiqətə xidmət, dəqiqlik və obyektivlik kimi peşə davranış qaydalarına həssaslıq göstərməyiniz, həqiqətə uyğunluğu yoxlanılmayan informasiyanın yayılmaması üçün çalışmağınız və rəsmi mənbələrə istinad etməyiniz xahiş olunur.
Millitv.az