Axtarış...

Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib



Noyabrın 19-da "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

Millitv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.


Daha çox xəbər

Şərh yaz