Axtarış...

“AtaSığorta”nın lisenziyası dayandırıldı

“AtaSığorta”nın lisenziyası dayandırıldı
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinətəkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb.

Bu barədə Modern.az-a Palatadan məlumat verilib.

““AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 106.1.8-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılmışdır”,-deyə məlumatda bildirilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz