Son dövrlərdə adı korrupsiya hallarında səslənən İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov haqqında daha bir jurnalist araşdırması aparılmışdır. Ötən dövr ərzində bir neçə dəfə işlədiyi qurumda yol verdiyi qanun pozuntuları eləcədə vəzifə səlahiyyətlərindən sui-istifadə barəsində kifayət qədər sübutlarla hazırlanmış xəbərlərin ictimailəşməsinə baxmayaraq qurumun rəhbəri haqqında sığorta sektoruna nəzarət funksiyasını həyat keçirən Mərkəzi Bank tərəfindən heçbir tədbir görülməməkdədir. İcraçı direktorun qanun pozuntuları eləcədə vəzifə səlahiyyətlərindən kobudcasına sui-istifadə etməsinə dair Mərkəzi Banka dəfələrlə Büronun əməkdaşları tərəfindənmüraciət edilməsinə baxmayaraq müraciətlər nəinki cavabsız qalmış hətta şikayətlər ört basdır edilmişdir. Əlbəttə ki, R.Əhmədova bucür dəstək səbəbsiz deyildir.
Rəşad Əhmədov İcbari Sığorta Bürosunun icraçı direktorudur və eyni zamandada maraqlı şəxs olmasına və Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 9.3.1 maddəsinə (xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq) zidd olmasına baxmayaraq ödənişli əsaslarla Standard İnsurance sığorta şirkətinin ləğvetmə komisiyasının sədri təyin edilmişdir.
Asan anlaşılan olsun deyə belə deyək ki, sığorta hadisəsi zamanı vətəndaşın mülkünə ziyan dəyən zaman zərəri qiymətləndirmə, dəymiş zərəri ödəmə və bütün sənədləşmələri həyata keçirmək kimi bir çox səlahiyyətlər eyni adama verilmişdir ki, buda böyük sui-istifadə hallarına şərait yaratmaqdadır.Hər iki yüksək strateji vəzifənin rəhbəri olmasından istifadə edən direktor üst qurumlara öz dırnaq arası qabiliyyətini sırımaq məqsədilə əmək məcəlləsini və qanunvericiliyi kobudcasına pozaraq Büronun əməkdaşlarının əksəriyyətini əməklərinin qarşılığının ödənəcəyi vədi ilə Standard İnsurance sığorta şirkətinin ləğvetmə prosesinə cəlb etmiş və onların əməyini qanunsuzcasına istismar etmişdir. Nəzərinizə çatdıraq ki, araşdırma nəticəsində rəhbərin ləğvetmə prosesində özünə yaxın olan kadrları yüksək səviyyədə maddi mükafatlarla qiymətləndirməsinə, özünə yüksək əmək haqqı təyin etməsinə baxmayaraq digər işçilərin haqqı tapdanılmışdır. Beləki bir müddət sonra aldandıqlarını və onlara heçbir ödənişin ödənməyəcəyini dərk edən işçilərdən bəziləri öz haqqlarına tələb etdiklərindən uzaqlaşdırılmış bəziləri isə ədalətin bərpası üçün məhkəməyə üz tutmuşdurlar.Elə bu səbəbdəndir ki, artıq 3 əməkdaş haqqlarının bərpa edilməsi iddiası ilə Yasamal rayon məhkəməsinə müraciət etmiş və hal-hazırda məhkəmə prosesləri davam etməkdədir.
Bu şübhələrdən yola çıxaraq bütün səlahiyyətlərin nəyə əsasən bilərəkdən bir şəxsə verilməsinə mötəbər qurum sayılan Mərkəzi Bankın səlahiyyətli şəxsləri tərəfindən göz yumulması araşdırılmışdır.
Ləğvetmə prosesi eləcədə İcbari Sığorta Bürosunun fəaliyyətinə nəzər saldıqda aydın olur ki, bu qurumu Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevlə sıx bağlayan bir neçə incə məqamlar vardır. Məlumatınız olduğu kimi sığorta şirkətlərinin fəaliyyətlərinin əsas hissəsini avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü təşkil edir. Avtomobillərin icbari sığortası üzrə əsas funksiyalardan biridə qəza zamanı zərər dəymiş avtomobillərin sığorta şirkətləri tərəfindən avto servislərdə təmir etdirilməsidir. Belə ki, Standard İnsurance sığorta şirkətitərəfindən qəza nəticəsində təmirə ehtiyacı olan bütün avtomobillər bağlanılmış müqavilə əsasında şişirdilmiş qiymətlərlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən CARPOİNT avtoservisinə yönləndirilməkdədir.
İlkin araşdırmamız zamanı isə CARPOİNT servisinin Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyevə məxsusluğu müəyyənləşdirilmişdir. Servisin direktoru isə onun oğlu Natiq Quliyevdir. Servisdə avtomobilimizi təmir etdirməyə çalışdıqda isə orada çalışan ustalardan alınan məlumata əsasən servisin Alim Quliyevin oğlu Natiq Quliyev tərəfindən idarə edilməsi öz təsdiqini əyani olaraq tapmışdır.
Bundan əlavə İcbari Sığorta Bürosuna məxsus xidməti avtomobillərində baxımı həmin servisdə həyata keçirilməkdədir.
Qurulmuş mükəmməl mexanizm vasitəsilə qəza nəticəsində təmirə ehtiyacı olan avtomobillərin sahibləri olan siravi vətəndaşlar bu servisə yönləndirilir və təmir bitdikdən sonra isə təmir haqları Rəşad Əhmədov tərəfindən Alim Quliyevin servisinə ödənilir. Yəqinki, bu kimi səbəblərdəndir ki, adı bir neçə dəfə korrupsiya faktlarında hallanan və öz əməkdaşları tərəfindən dəfələrlə şikayət edilməsinə, işlərin məhkəmə müstəvisinə keçməsinə baxmayaraq haqqında tədbir görülməyən direktorhələdə öz əməllərinə davam etməkdədir.
Mərkəzi Bank tərəfindən bilərəkdən nəzarət edilməyən qurumun rəhbərinin başı son illərdə İSB-nun hesabına vəsaitlərdən qeyri qanuni şəkildə istifadə edərək özünə lüks həyat tərzi yaratmağa qarışmışdır. Xarici ölkələrə səfər etməyi sevən rəhbər qurumun hesabına Avropanın məşhur ölkələrinə lazımsız ezamiyyətlər təşkil edərək orada özünün tapşırığına əsasən İcbari Sığorta Bürosunun bank hesablarına bağlı müxtəlif valyutalı korporativ kartlar ilə lüks həyatını davam etdirmək məqsədilə qanunsuz xərcləmələr etməkdədir. Ölkənin sığorta bazarı üçün strateji ehtiyyat fondu olan ictimai təşkilatın idarəetməsinə məsul olan şəxs ölkədə olduğu müddətlərdə də yüksək əmək haqqı almasına baxmayaraq xalqın vəsaitləri hesabına brend otel və restoranlarda nahar və şam etməkdən çəkinməmişdir. Əldə etdiyimiz bir neçə bank çıxarışlarını nəzərinizə çatdırırıq:
Corporate bank account - Description
Money out (AZN)
EXD~****2712~52.9~AZN~CAFE CITY 1~10294676~9916
53
EXD~****2712~252.5~AZN~NAMLI KEBAB~10314178~9923
253
EXD~****2712~63~AZN~HOP PASHABANK~10374822~9949
63
EXD~****2712~7657~MKD~MARIOT REZERVACII~10403360~9973
246
EXD~****2712~71.8~EUR~DB BAHN A-NR 8Z9QNW~10403361~9973
142
EXD~****2712~1570.14~USA~VAYAMA.COM~10426963~9995
2 689
EXD~****2712~96.5~AZN~R1051748 SUMAKH~10473732~10015
97
EXD~****2712~89.24~AZN~AY GONSHU RESTAURANT~10496285~10021
89
EXD~****2712~51.3~AZN~CAFE VIENNA~10619438~10111
51
EXD~****2712~137.55~AZN~R1051752 BAKU CAFE~10627425~10123
138
EXD~****2712~56.6~AZN~CAFE CITY 1~10768498~10210
57
EXD~****2712~100~AZN~www.hesab.az/bakcell~11002036~10317
100
EXD~****6506~48~AZN~PASHA POS H2H NAMLI KABAB 1~11095312~10385
48
EXD~****6506~89.25~AZN~R1051996 BAKU CAFE~11134616~10396
89
EXD~****6506~72.45~AZN~R1051996 BAKU CAFE~11177194~10423
72
EXD~****6506~64~AZN~ RESTORAN GUNAYDIN~11289706~10527
64
EXD~****6506~200~AZN~www.hesab.az/bakcell~11324095~10561
200
EXD~****6506~53~AZN~PARK LOUNGE~11454021~10690
53
EXD~****6506~68.5~AZN~RESTORAN GUNAYDIN~11567866~10761
69
EXD~****6506~53.5~AZN~PARK LOUNGE~11567867~10761
54
EXD~****6506~50.4~AZN~NOTARIAT KONTORU~11653121~10843
50
EXD~****6506~71~AZN~POS PAUL RESTAURANT 3~11712918~10938
71
EXD~****6506~158~AZN~RESTORAN GUNAYDIN~12114327~11267
158
EXD~****6506~41~AZN~POS PAUL 4~12186436~11301
41
EXD~****6506~49.4~AZN~CAFE CITY 1~12316177~11348
49
EXD~****6506~73~AZN~POS PENCERE (AM)~12481953~11409
73
EXD~****6506~66.68~AZN~KOSEM 2~12707574~11564
67
EXD~****6506~126~AZN~ICTIMAI IASHE (SHEKI R~12807704~11624
126
EXD~****6506~75.2~AZN~POS PAUL (PB)~12825496~11636
75
EXD~****6506~84~AZN~HOP PASHABANK~13241172~11806
84
EXD~****6506~52.2~AZN~PASHA POS H2H NAMLI KABAB 1~13429142~11942
52
EXD~****6506~119.76~AZN~CEREZ VE QURU MEY~13634517~12173
120
EXD~****6506~143.56~AZN~AY GONSHU RESTAURANT~14328263~12775
144
EXD~****6506~52.36~AZN~PASHA POS H2H PORT BAZAR 3~14403971~12832
52
EXD~****6506~387~AZN~ICTIMAI IASHE (SHEKI R~14429265~12854
387
EXD~****6506~119~AZN~PAUL 2~14621801~12945
119
EXD~****6506~139.5~AZN~PASHA POS H2H NAMLI KABAB 1~14621806~12946
140
EXD~****6506~2210.87~EUR~TURKISH AIRLINES ~15779490~13687
4 239
EXD~****6506~110.77~AZN~RESTORAN~16156366~14094
111
EXD~****6506~124.07~AZN~PRIVE STEAK HOUSE~16284378~14248
247
EXD~****6506~300~AZN~Ganja Paradise Cafe (2~17218906~15238
300
EXD~****2834~1525~AZN~FOUR SEASONS HOTEL~17976238~15956
1 525
EXD~****2834~96~AZN~PASHA POS H2H NAMLI KABAB 1~18009210~15992
96
EXD~****2834~129~AZN~AY GONSHU RESTAURANT~18116682~16067
129
EXD~****2834~165.89~AZN~RESTORAN~18167686~16125
166
EXD~****2834~128~AZN~RESTORAN GUNAYDIN~18245962~16166
128
EXD~****2834~153~AZN~AY GONSHU RESTAURANT~18644120~16411
153
EXD~****2834~80.99~AZN~PARK LOUNGE~18969700~16618
81
EXD~****2834~126~AZN~PASHA POS H2H BULVAR HOTEL6~18974955~16623
126
EXD~****2834~59~AZN~PASHA POS H2H NAMLI KABAB 1~18974956~16623
59
EXD~****2834~111.87~AZN~PRIVE STEAK HOUSE~19348185~17002
112
EXD~****2834~120~AZN~RESTORAN GUNAYDIN~19687399~17157
120
EXD~****2834~97~AZN~PASHA POS H2H NAMLI KABAB 1~19967846~17273
97
EXD~****2834~366.4~AZN~SW TRAVEL MMC #16~20324548~17664
1 266
EXD~****2834~265~AZN~CHAYKI RESTORAN~20572557~17854
265
EXD~****2834~114.2~AZN~CAFE CITY 1~21137874~18250
114
Adi korporativ kartlardan bucür sui-istifadə edən birisinin görün sığorta sektorunun strateji ehtiyatlarından necə istifadə edə biləcəyinin düşünülməsi belə ürkütücüdür.
(Ekspertin bu əməllərin hansı qanunlarla cəzalandırılması barədə rəy verməsi məqsədəuyğun olardı)
Cinayət Məcəlləsi Maddə 179. Mənimsəmə və ya israf etmə
Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə
Maddə 309. Vəzifə səlahiyyətlərini aşmaİcbari Sığorta Bürosunda işə götürmə ilə bağlı heçbir kadr siyasəti və bununla bağlı hər-hansı qaydalar mövcud deyil. Buda rəhbərin məqsədli addımlarını ata bilməsi üçün vacibdir. Belə ki, direktor Büroya təyinat alandan işə götürülən siravi işçi və rəhbər heyətin əksəriyyəti ölkənin sığorta bazarında kiçik paya malik qeyri peşəkar qurum sayılan Sənaye Sığorta şirkətindən vaxtilə azad olunmuş ixtisasca sığorta sektoruna uyğun gəlməyən şəxslərdir (R.Əhmədov özü həmin şirkətin sədri olmuş və naməlum şəkildə səriştəsiz idarəetməyə və ilin çox hissəsini ezamiyyətlərdə olmasına əsasən rəhbərlik tərəfindən cəzalandırılaraq qovulmuşdur).
Diqqətdən yayınmamalıdır ki, Rəşad Əhmədov ləğvetmə komissiyasının sədri təyin edildikdən sonra dərhal ləğv prosesində olan Standard İnsurance sığorta şirkətində qəzaların qiymətləndirilməsi və ödənilməsi şöbəsinin (korrupsiya imkanları ən geniş olan şöbələr) əməkdaşlarını işdən uzaqlaşdıraraq yerinə özünə yaxın olan yenə Sənaye Sığorta-da işləmiş şəxsləri götürmüşdür ki, buda məqsədin aşikar olduğunu bəyan edir.
(Ekspertin bu əməllərin hansı qanunlarla cəzalandırılması barədə rəy verməsi məqsədəuyğun olardı)
Əmək Məcəlləsi Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi
Cinayət Məcəlləsi - Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadəAdekvat.az