Son dövrlərdə adı korrupsiya hallarında səslənən İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov haqqında daha bir jurnalist araşdırması aparılmışdır. Ötən dövr ərzində bir neçə dəfə işlədiyi qurumda yol verdiyi qanun pozuntuları eləcədə vəzifə səlahiyyətlərindən sui-istifadə barəsində kifayət qədər sübutlarla hazırlanmış xəbərlərin ictimailəşməsinə baxmayaraq qurumun rəhbəri haqqında sığorta sektoruna nəzarət funksiyasını həyat keçirən Mərkəzi Bank tərəfindən heçbir tədbir görülməmişdir. İcraçı direktorun qanun pozuntuları eləcədə vəzifə səlahiyyətlərindən kobudcasına sui-istifadə etməsinə dair Mərkəzi Banka dəfələrlə müraciət edilməsinə baxmayaraq müraciətlər nəinki cavabsız qalmış hətta heç baxılmamasına dair faktlar var. Əlbəttə ki, R.Əhmədovun bucür arxayın hərəkət etməsi səbəbsiz deyildir.
Qısaca olaraq fəaliyyətinə nəzər salaq. Rəşad Əhmədov İcbari Sığorta Bürosunun icraçı direktorudur və eyni zamandada maraqlı şəxs olmasına baxmayaraq 2020-ci ilin sentyabr tarixindən Standard İnsurance sığorta şirkətinin ləğvetmə komisiyasının sədri təyin edilmişdir. Qanunvericiliyə əsasən İcbari Sığorta Bürosunun Standard İnsurance sığorta şirkətinin ləğvetməsinə maddi maliyyələşdirmə xaricində heçbir aidiyyatı yoxdur. “Standard İnsurance” sığorta şirkətinin ləğvi prosesinə nəzər salaq. Ləğvetmə prosesi 21 may 2020-ci il tarixində şirkətin ödəmə qabiliyyətinin olmamasına görə başlayıb. Ləğvetmə komissiyasına sədrliyi isə R.Əhmədov fərdi şəkildə öz öhdəsinə götürüb. “İcbari sığortar haqqında” qanuna əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə əmlaka və sağlamlığa dəyən zərərə görə Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi İcbari Sığorta Bürosuna həvalə edilir. Ancaq “Standard Insurance” Sığorta Şirkətinin timsalında ləğv edilən qurumda qərarverici şəxslə bütün ödənişləri həyata keçirməyə məsul olan İcbari Sığorta Bürosu əslində, eyni şəxs, yəni R.Əhmədovdur. Başqa sözlə, kompensasiyaların ödənilməsi zamanı qərar verənlə vəsaiti ödəyən adam eynidir, yəni maraqlı tərəfdir. Direktorun iki öhdəliyi birdən öz üzərinə götürməsi isə haqlı suallara və şübhələrə yol açır. Bu şübhələrdən yola çıxaraq bütün səlahiyyətlərin nəyə əsasən bilərəkdən bir şəxsə verilməsinə mötəbər qurum sayılan Mərkəzi Bankın rəhbərliyi tərəfindən göz yumulması araşdırılmışdır.
Redaksiyamıza İcbari Sığorta Bürosunun işçilərindən Rəşad Əhmədovla bağlı şikayət məktubu daxil olmuşdur. Şikayət araşdırıldıqda işçilərin qeyri qanuni olaraq əlavə müavinətlər ödəniləcəyi vədi ilə aylarla Standard İnsurance sığorta şirkətində işlədiyi ödəniş vaxtı gəldikdə isə bəhanələr və hədə qorxu gəlməklə işçilərin səsinin batırıldığı müəyyənləşdirilmişdir. Araşdırma zamanı adı çəkilən qurumda çalışan və Rəşad Əhmədova yaxın olan işçilərin əlavə işlə bağlı artıqlaması ilə mükafat və müavinət aldığı siravi işçilərin isə hamısının pulunun kəsildiyi müəyyənləşdirilmişdir.
Onu da qeyd etmək istəyirik ki, təşkilatda bu kimi hallar artıq mütəmadi hal almışdır və bir neçə əməkdaşa vəd verilərək əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işlərdə işlədilməsinə baxmayaraq heç bir əlavə əmək haqqı ödənilməmiş və bununla bağlı əməkdaşların şikayəti olduqda isə işdən uzaqlaşdırılacaqları ilə hədələnmişdirlər. Bununla bağlı Mərkəzi Banka bir neçə dəfə şikayət yazılmasına baxmayaraq məsələ araşdırılmadan ört basdır edilmişdir. Mərkəzi Bankda sığorta sektoruna nəzarət üzrə məsul şəxs baş icraçı direktor Ziya Əliyevdir. Bürodakı mövcud xaotik durum və şikayətlərin cavabsız qalması isə Rəşad Əhmədovun dəstəkçisinin Ziya Əliyev olması ehtimallarını artırır. Görəsən Elmar Rüstəmovun əməkdaşlarının bucür əməllərindən xəbəri varmı.
Haqlı olduğu halda aldadılaraq hədə qorxu gəlinən əməkdaşların şikayətlərinin təmin edilməsi üçün bu məsələni daha dərindən araşdıraraq mövzuya yenidən qayıdacağıq. //guninfo.az//