Axtarış...

Azərbaycanda bu qanunlar ləğv edilir



Azərbaycanda iki qanun ləğv edilir.

Millitv.az-ın xəbərinə görə, "İcbari sığortalar haqqında” və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq.

Layihənin qeyd hissəsində bildirilir ki, "Tibbi sığorta haqqında” qanunda "İcbari sığortalar haqqında” və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilir.

"Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulur.
Sənəd Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (apa)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz