Axtarış...

FAHİŞƏ Fransadan bizə YAR OLMAZ... - FAKT BUDUR!

FAHİŞƏ Fransadan bizə YAR OLMAZ... - FAKT BUDUR!

44 günlük müharibə zamanı Fransanın nümayiş etdirdiyi mövqe yaddaşlardan silinməyib. Rəsmi Paris özünü ermənidən artıq erməni kimi aparırdı. Hətta prezident Emmanuel Makron müharibəni Azərbaycanın Ermənistana təcavüzü kimi qiymətləndirirdi. Əlbəttə ki, ATƏT-in Minsk Qrupunda yer alan həmsədr ölkə kimi balansı pozması və tərəf saxlaması haqlı olaraq Azərbaycanda hiddətə səbəb olmuşdu. Ona görə də Fransanın vasitəçi statusuna, regiondakı mövqelərinə sarsıdıcı zərbə oldu.

“Yeni Müsavat” xatırladır ki, sonradan Fransa hökuməti öz siyasətinə qismən də olsa korrektələr etdi, Cənubi Qafqazda lider statusunda olan Azərbaycan kimi ölkəyə qarşı ciddi siyasi səhvini düzəltməyə çalışdı. Amma çox tezliklə Paris yenidən öz erməni rəngini büruzə verməyə başladı. Söhbət Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən oyuncaq “dqr hökumətinin” bəzi nümayəndələrinin Fransaya “işgüzar səfəri”dən gedir. Belə ki, Hayk Xanumyan və Artur Tovmasyanı Fransada “rəsmi qonaq” kimi qarşılayıblar. Onlardan biri özünü “nazir”, digəri “parlament spikeri” adlandırır.

Onlar noyabrın 15-dən 19-na qədər Fransada səfərdə olublar. Əlbəttə, həmin səfər Fransadan hansısa rəsmi instansiyanın dəvəti ilə deyil, yenə də qondarma “Fransa-Artsax dostluq dərnəyi” adlı qrupun dəvəti əsasında baş tutub. Əvvəlcə, noyabrın 15-də Fransanın Aix-Marseille-Provence Metropoliyasının rəhbəri Martine Vassale, noyabrın 17-də Fransanın Milli Assambleyasındakı həmin qondarma “dərnəyin” rəhbəri François Pupponi ilə görüşüblər. Görüşdə deputatlar Florence Provendier və İsabelle Santiaqo da iştirak ediblər.

Yenə də noyabrın 17-də Xanumyan və Tovmasyan Alfortville şəhərinin meriyasında mer Luc Carvounas ilə görüşüblər, ertəsi gün isə onları Fransa Senatında Respublikaçılar qrupunun rəhbəri, senator Bruno Retailleau qəbul edib. Noyabrın 19-da isə Xankəndindən getmiş separatçıları Valense şəhərinin meri Nikolas Daraqon qəbul edib. Görüşdə həmçinin Bourg-Les-Valence şəhərinin meri Marlene Mourier, Valence şəhəri merinin 1-ci müavini Veronique Pugeat və Montelimar şəhəri merinin 1-ci müavini Marie-Christine Magnanon iştirak ediblər. Həmin gün Xanumyanla Tovmasyanı Fransanın İsere Departamentinin rəhbəri Jean-Pierre Barbier də qəbul edib.

Paris Azərbaycana münasibətdə qərəzli siyasətə qayıdıb

İlk dəfə deyil ki, Fransanın bəzi şəhərlərinin yerli idarəetmə orqanları Azərbaycan ərazilərinin bir hissəsində qurulmuş bu oyuncaq rejimin nümayəndələrini “rəsmi qonaq” qismində qəbul edir və hər dəfə bu cür səfərlərə görə rəsmi Bakı öz etirazını diplomatik kanallarla çatdırır. İndi isə regionda postmüharibə dövrü proseslərinin heç də asan getmədiyi, Ermənistanla Azərbaycan arasında yekun sülhün əldə edilməsinə yönəlmiş təşəbbüslərin bəzi revanşist qüvvələr tərəfindən maneələrin yaradıldığı bir vaxtda qondarma rejimin nümayəndələrinin həmsədr ölkələrdən birinə səfərinə şərait yaratmaq Fransanın regionda sülhün təmin olunmasına can atdığı barədə bəyanatlarına ziddir. Bu o deməkdir ki, Paris Azərbaycana münasibətdə qərəzli və səmimi olmayan siyasətinə yenidən qayıdıb.

Üstəlik, rəsmi Paris bu səfəri “şəxsi dəvət” adlandıra bilməz, çünki Fransa qanunlarına görə, yerli hakimiyyət orqanlarının mərkəzi hakimiyyətin mövqeyinə zidd olaraq xarici siyasət addımları atması qanunsuzdur. Bununla bağlı bir neçə il qabaq məhkəmə qərarları da olmuşdu. Fransa məhkəmələri qondarma “artsax respublikası” ilə əlaqələr quran şəhər bələdiyyə şuralarının qərarlarını ləğv etmişdi. İndiki halda isə Xankəndindən gedən qondarma rejim nümayəndələri ilə görüşənlər Fransa məhkəmələrinin qərarlarını da tapdalamış olurlar. Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası”nın Parisdəki nümayəndəliyini ləğv edən Fransanın erməni separatçılarına qucaq açması bir ayrı haqlı suallar doğurur.

Milli Məclisin noyabrın 23-də keçirilən iclasında da bu məsələ sərt etirazlar doğurub. Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Fransa Senatında senatorların erməni separatçılarını qəbul etməsinə etirazını bildirib. “Niyə Dnestryanı, Cənubi Osetiya, Abxaziyadan olan separatçıları qəbul etmirsiniz? Ləyaqət davası edən ölkə bu cür ləyaqətsizliyi özünə necə sığışdırır?”, - deputat sual edib.

Q.Həsənquliyev bildirib ki, Fransa 44 günlük savaşda minlərlə gəncin tökülən qanına görə məsuliyyət daşıyır: “Fransa Minsk Qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur. Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

Deputat Fazil Mustafa da Fransanın erməni separatçılarına qucaq açmasına kəskin etirazını bildirib. “ATƏT-in Minsk Qrupunu rədd etmək üçün” real imkan yarandığını deyən deputat bildirdi ki, bundan yaxşı fürsət ola bilməz.

Eyni zamanda F.Mustafa qeyd etdi ki, Qarabağ separatçıları ilə bağlı müvafiq araşdırmalar aparılmalı, onların barəsində cinayət işi qaldırılmalı, terrorçu kimi axtarışı təmin olunmalıdır: “Həmçinin hansı ölkə onları qəbul edirsə, həmin ölkə ilə terrorçuları qəbul edən ölkə kimi davranmaq lazımdır".

Deputat Tural Gəncəliyev Fransa Senatında erməni separatçıların qəbul edilməsini kəskin qınayıb: “Son vaxtlar Fransanın xarici siyasətində ciddi səhvlər formalaşır. Bu cür hərəkətlər Fransa-Azərbaycan münasibətlərinə fayda gətirməyəcək. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi Cənubi Qafqaz və Azərbaycanla bağlı məsələrdə ehtiyatlı olmalıdır. Əks halda, bu, xeyir gətirməyəcək”.

Daha sonra deputatlar Aydın Mirzəzadə, Hikmət Məmmədov və digərləri də Fransanın ermənipərəst siyasətinə qarşı mövqe bildiriblər.

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Fransa yeni reallığı qəbul etməsə, regional əməkdaşlıq imkanlarından kənarda qala bilər. Onun sözlərinə görə, Azərbaycan ərazisində yaşayan erməni icma nümayəndələrinin Fransa Senatı və yerli icra hakimiyyəti strukturlarının rəhbərləri tərəfindən dövlət nümayəndələri kimi qarşılanması beynəlxalq hüquqa, Fransanın yerli qanunvericiliyinin tələblərinə və siyasi-diplomatik etikaya ziddir. Deputat təəssüf edir ki, bu birinci hal deyil: “Bənzər hadisələr təkrar baş verir və Azərbaycanın rəsmi qurumlarının bu qanun pozuntusuna görə müraciətlərinə isə Fransa standart növbətçi diplomatik açıqlama ilə cavab verərək belə görüşlərin fərdi müstəvidə qiymətləndirilməsinin lazım olduğunu bildirir. Əlbəttə, bu, qaneedici izah ola bilməz. Hələ 44 günlük Vətən müharibəsi zamanı Fransa işğalçı Ermənistana dəstək verməklə hər şeydən öncə ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəfsizliyini itirmiş, sonra isə beynəlxalq hüquqa zidd bəyanatları ilə özünün nüfuzuna xələl gətirən mövqe nümayiş etdirmişdi. Ötən bir il ərzində Fransa öz xətalarını düzəltmək üçün bəzi cəhdlər göstərsə də, nə beynəlxalq ictimai rəydə, nə də Azərbaycanla münasibətlərdə ciddi bir məsafə qət edə bilib”.

H.Babaoğlunun sözlərinə görə, Fransa Xarici İşlər Nazirliyinin icazəsi olmadan heç bir rəsmi qurum, o cümlədən Fransa Senatının üzvü Bruno Retay özünü nazir kimi təqdim edən Ayk Xanumyanı qəbul edə bilməz: “Biz yaxşı xatırlayırıq ki, Fransa Senatının üzvü Retay hələ 2020-ci ildə qondarma rejimin tanınması ilə bağlı Fransa Senatına qanun layihəsi təqdim etmişdi. İndi isə öz rəsmi tvitter səhifəsində bu qeyri-qanuni görüşü paylaşmaqla informasiya manipuliyasiyası edir. Bütün bunlar isə Azərbaycanın diqqətindən yayınmır.

Bunlar Fransanın bundan sonrakı proseslərdə regionun ən güclü ölkəsi olan Azərbaycanla münasibətlərində əməkdaşlıq imkanlarını məhdudlaşdıra, onu Cənubi Qafqaz regionunda yaranmış yeni əməkdaşlıq perspektivlərindən kənarda qoya bilər".

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Fransa uzun müddətdir Minsk Qrupunda vasitəçi kimi o qurumu kifayət qədər gözdən salıb: “Xüsusən də Azərbaycanın gözündən düşürüb. Artıq Azərbaycanda nəinki hökumət və yaxud siyasətçilər səviyyəsində, adi vətəndaşlar tərəfindən Fransa ermənipərəst ölkə kimi qəbul olunur. Ümumiyyətlə, Fransa heç zaman o separatçı rejimi dəstəkləməkdən çəkinməyib. Bəli, dövlət səviyyəsində fəaliyyətinə korrektə edib, Makron çıxışlarında ritorikanı dəyişib, fransız səfiri Ağdama getməyə hazır olduğunu söyləyib, amma dövlətdən fərqli olan strukturların əli ilə bu cür təsir etməyə çalışırlar”.

M.Sadəddinov hesab edir ki, Fransa hökuməti istəsə, bu görüşlərin qarşısını ala bilər: “Ancaq almırsa, deməli, Paris Qarabağda separatizmə dəstəyini göstərməyə meyillidir. Baxmayaraq ki, Qarabağın statusu yoxdur, cəhənnəmə gedib, amma Fransa bu niyyətini həyata keçirməyə çalışır. Azərbaycanın sözsüz ki, məsələyə mövqeyi mənfi olacaq. Ancaq Azərbaycanın hərbi-iqtisadi gücünü, Türkiyənin bölgədə rolunu nəzərə alsaq, Fransanın belə addımları perspektivdə heç bir divident gətirməyəcək. Əksinə, Minsk Qrupunda bəzi məqamları bərpa etmək istəyəndə Azərbaycanın etirazı ilə qarşılaşacaq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin qəzetimizə söylədiyinə görə, Makron hökuməti sifətini dəyişməyib, həmin erməni siması qalıb. BAP sədrinin fikrincə, Fransa ermənilərlə münasibət saxlamağa çalışır: “Halbuki Azərbaycan-Fransa arasında yaxşı iqtisadi əlaqələr mövcuddur. Bununla belə, Parisin ermənipərəst siyasəti dəyişmir. Biz buna təəccüb etmirik. Fransa Türkiyə və Azərbaycana münasibətini nümayiş etdirir. Eyni zamanda fransız nümayəndələrindən Xankəndinə gələnlər olub. Ona görə rəsmi Bakı etiraz etməli, bəyanat verməlidir. Amma bu cür hallara öyrəşmişik. Əslində Fransa gömrükçüləri onları ölkə ərazisinə buraxmaya bilərdilər. Amma söhbət ondan gedir ki, onlar üçün ”artsax" anlayış var. Biz Fransadan ədalətli yanaşma gözləməli deyilik, onun həmsədr ölkə olaraq nüfuzu da çoxdan itirilib. Əslində belə səfərlərlə heç nəyə nail ola bilmirlər, regionda proseslər Türkiyə və Rusiyanın birgə səyləri nəticəsində həll olunacaq".

E.Musayev hesab edir ki, rəsmi etiraz göndərməklə məsələ yekunlaşmır: “Onlar yenə bu cür səfərləri davam etdirəcəklər. Bu səbəbdən Xankəndində suverenliyi təmin etməliyik, bundan sonra belə səfərlərin sayı azalacaq. Çünki Fransa ermənilərə Qarabağa status arzulayır, bizsə statusun gorbagor olduğunu bəyan edirik. Əgər Xankəndindəki qondarma rejimin varlığına son qoysaq, onlar ”dqr" adından Fransaya səfər edə bilməyəcəklər".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz