Şahin Məmmədov jurnalistə niyə ən bahalı avtomobilin açarını vermək istəyirdi ?
Şahin Məmmədovun Batumidə 1 milyonluq villası…
2004-cü ildə Samuxun, 2005-ci ildə Ağcabədinin, 2019-cu ildə Masallının icra başçısı təyin olunan Şahin Məmmədov haqqında söhbət düşəndə həmişə yada Bəhai təriqəti düşür.
Söhbət İŞŞİD-dən, vəhabilikdən getmir ee…Bəhailikdən gedir.
Bu gün Azərbaycanda Bəhailik təriqətinin nə olduğunu soruşsan, adamların 99 faizi bunun nə olduğunu bilməyəcək.
Bəs görəsən, Şahin Məmmədovla bu təriqətin nə bağlılığı ola bilərdi ?
İranda yaranan bu təriqət bəziləri üçün əməlli-başlı karyera mənbəyinə çevrilmişdi. Və vaxtilə bu təriqətin missionerləri ölkəmizdə özünə dayaq axtarırdı.
Nə isə bu söhbəti çox dərinə getmədən qapayaq.
Yəqin ki, Şahin müəllim söhbətin nədən getdiyini anladı.
Şahin müəllimin keçmişi əməlli-başlı dumana bürünüb.
Deməli, Şahin Məmmədov Ağcabədiyə icra başçısı getməyə günlər qalmış bir jurnalist onun şəxsi qonağı olur.
Jurnalist Şahin Məmmədovun qaranlıq keçmişi ilə bağlı bircə cümlə deyir və müəllimin ürəyi gedir.
Şahin Məmmədov and içir ki, bu dəqiqə ən bahalı avtomobilin açarını sənə verirəm, mənə de görüm bizim ailə sirrini sənə kim deyib…
Nə isə bu mövzunu da qapayaq… Belə mövzular heç vaxt bizlik olmayıb.
Görək, bu Şahin Məmmədov kimdir ki, 20 ilə yaxındır ki, müxtəlif rayaonlarda icra başçısı kreslosunu “zanit” edir.
Deməli, bu müəllim 1959-cu ildə Bərdə şəhərində doğulub.
Əmək fəaliyyətinə 16 yaşında ( ? ) başlayıb.
1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, ikinci katib vəzifəsində işləyib.
Yaxşı, hələ ali təhsili olamayan Şahin necə komsomolun 2-ci katibi işləyə bilərdi ?
Axı, bu müəllim 1985-ci ildə Allah qoymasa ali təhsil diplomu alıb. Sonra Bərdə Rayon İcra Hakimiyyəti Başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində işləmişdir.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
Görəsən bu adamın Cümhuriyyətə nə dəxli var ?
Nə isə…Şahin Məmmədov 2005-ci ildə Ağcabədi rayon İcra hakimiyyətinin başçısı təyin olunmuşdur.
2019-cu ildən isə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsini daşıyır.
Ağcabədidə işlədiyi dövrdə Şahin Məmmədov öz səs yazısında ( AUDİO) camaata deyir ki, “Mən bu rayonun böyüyüyəm...sizə nə var pul haradan gəlir hara gedir...əsas odur suyunuz gəlsin”.
Bu sözləri deyən adamın nəinki icra başçısı, hətta ot briqadiri işləməyə savadı yoxdur.
Bu adam deyir ki, Masallının tarixində ilk dəfə müasir sanitar-qovşağı-“ayaqyolu”nu, yəni “zaxot”u mən tikdirmişəm.
Bu adamdan soruşan lazımdır ki, Masallının mərkəzində camaat kolun dibinə, ağacın dalına gedib “pişş” etməli idi…rayon mərkəzində tualet olar dəə..
Görəsən bu ağılda adam 20 ildir necə icra başçısı işləyir ?
Bütün ölkə mediası yazır ki, , Şahin Məmmədovun Gürcüstanın Batumi şəhərində dəyəri bir neçə milyon olan villası aşkar olub.
Bu adam kimdir ki, Batumidə, Almaniyada, Dubayda mülkləri, biznesi var.
Bu sıradan bir icra başçısıdır. Gör, rüşvət və talançılıq hansı həddə çatıb ki, vaxtilə 200 manat maaşa komsolomolda işləyən Şahin Məmmədov Batumidə milyonluq villa alır.
Bu adam 120 sahibkarın qarşısında çıxışında (AUDİO ) deyib ki, 2008-ci ildə ona 5 diplomat pul təklif olunub.
5 diplomat pul milyonlar eləyir.
Görəsən, Prezidentin birbaşa rayondakı nümayəndəsi olan icra başçısı nə üçün bu barədə dövlət orqanlarına müraciət etməyib ? Söhbət milyonlarla rüşvətdən gedir.
Görəsən, icra başçısı 120 sahibkarı görüşə nə məqsədlə dəvət etmişdi ?
Bəli, icra başçısı sahibkarlara o qədər “aylıq” qoyur ki, iş adamları bezib Prezidentə müraciət edirlər.
Şahin Məmmədov uzun illər prezidentin abadlıq işlərinə, sahibkarlara, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara ayırdığı milyonları mənimsəyib.
Şahin Məmmədov tender yolu ilə külli miqdarda vəsaitə saxta sənədlər tərtib edərək həzm-rabedən keçirib.
Şahin Məmmədov onun barəsində şikayət edən vətəndaşları polis vasitəsilə izlədib, sahibkarları məhkəmə vasitəsilə cəzalandırıb.
Onun Ağcabədidə, Bərdədə, Gəncədə, Daşkəsəndə Xoşbulaq yaylağında villaları, Bakı şəhərində isə sayı məlum olmayan evləri və obyektləri vardır.
Şahin Məmmədov neçə-neçə artezian quyusunun pullarını mənimsəyib, su kəmərlərinin pulunu yeyib, yerin altında qalan 16 km çuqun turbanı çıxartdırıb 1 milyon dollara satıb.
İndi bildinizmi, icra başçısı niyə vətəndaşlara deyir ki, “Sizə nə var, pul haradan gəlir, hara gedir...”
Şahin Məmmədov 15 il Ağcabədidə talan etdiklərini eyni ilə 2 ildir Masallıda davam etdirir.
Masallıda da binaların əsaslı təmiri üzrə keçirilən tenderlərin qalibləri ancaq Şahin Məmmədovun “şərikləri” olur. Təsəvvür edirsiniz, Şahin Məmmədov təkcə bir şirkətə tenderdə milyonlarla pul “hədiyyə” edib.
Şahin Məmmədov Ağcabədidə icra başçısı olarkən belə bir dəhşətli hadisə baş verib.
Şahin Məmmədov səhiyyə şöbəsinin müdirini məcbur edib ki, dövlətin ayırdığı 200 min manat pulu nağdlaşdır və mənə ver.
Səhiyyə şöbəsinin müdiri icra başçısının dediyini etmək məcburiyyətində qalıb. Maliyyə nazirliyindən yoxlama gələndə isə səhiyyənin müdiri bu məsələdə yaxasını qırağa çəkən Şahin Məmmədova icra hakimiyyətinin binasının qarşısında hücum edib. Və icra başçısı qaçıb binaya girməklə canını qurtara bilib.
Şahin Məmmədovun Bərdə rayonunda 400 hektar torpaq sahəsi içində böyük təsərrüfatı, Bərdə şəhəri çay qırağı ərazisində bir neçə market, 1 çayxana, Bakı şəhərində Qaraçuxur, Masazır qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villaları, Nizami rayonu ərazisində 2 mağazası var.
Şahin Məmmədovun Bakıdakı mənzillərinin, Qax, Qəbələ, Şamaxı və Quba rayonlarındakı imarətlərinin dəyəri bir neçə milyondur.
Şahin Məmmədovun Yasamal rayon Nərimanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş 3 mənzili, “Vasmoy” kilometr deyilən ərazidə 2 avtomobil sexi, Lider televiziyasının arxasındakı binalarda isə 4 mənzili var.
Həə, indi gördünüzmü, bu ailə sirrini gizlətmək istəyən Şahin Məmmədov nələr qazanıb.
Şahin Məmmədovu qarşıda hansı AQİBƏT gözləyir ?
Bu yaxın zamanda bəlli olacaq….
P.S Görəsən Şahin müəllim hansı yaxın dostunun yanında deyib ki, adamım adamı olsun gərək və nə üçün. Bu haqda növbəti yazıda.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az