Atalar deyib ki, kiminin əvvəli, kiminin axırı.
Atalar bir də deyib ki, köç geri qayıdanda axsaq-uxsaq qabağa düşər. Lap Şahin Sirac oğlu İbadov kimi.
Söhbət asfaltdan-qara qırdan milyonlar qazanan Şahin İbadovdan gedir.
Şahin cavanlıqda səhər dan yeri ağaran kimi köhnə 408 Moskviçi ilə düşürmüş küçələrə qışqırırmış ki, “Dəmir alıram, dəmir alıram...” yəni metallom yığmaqla məşğul imiş.
Qardaşı Elşad İbadov isə Şəkidə maşınlar üçün ucuz çexol tikərmiş. Böyük qardaşları Ziyanur isə Kamaz sürücüsü olub, beton daşımaqla məşğul olub. Sonralar Ziyanur avtoqəzaya düşərək həlak olub.
Deməli, metallom yığan Şahin və çexol tikən qardaşı Elşad möcüzə nəticəsində bir gün 40 yaşlarında Rusiyanın hansısa ali məktəbindən Bakı Dövlət Universitetinə “perevod” alıblar.
Bir adam soruşmayıb ki, ay qardaşlar, axı siz urusca bir cümlə qura bilmirsiniz, necə oldu ki, Rusiyadan BDU-ya “perevod” aldınız. Beləliklə Şahin və Elşad qardaşları saxta diplomla karyera qurmağa başlayıblar.
Beləcə, saxta diplomunu işə salan KAMAZ şoferi Elşad dönüb olub Şəki bələdiyyəsinin sədri.
Şahin isə hansısa sehrli yolla ozamankı, hazırda məhbus həyatı yaşayan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevə yol tapıb. Və onun köməyi ilə Şəkidə “Azəravtoyol” ASC-nin nəzdində fəaliyyət göstərən 15 saylı Yol İstismar İdarəsinin ( el arasında Asfalt zavodu deyirlər ) rəisi olub.
Şahin və Elşad qardaşlarının xoşbəxt günləri bundan sonra başlayıb.
Şəkinin Bələdiyyə sədri olan Elşad şəhərdəki yaxşı torpaqları ya baha qiymətə satıb, ya da özününküləşdirib.
“Asfalt zavodun” direktoru olan Şahin İbadov isə az vaxtda ozmankı nəqliyyat naziri Ziya Məmmədovla əlaqə quraraq bütün asfalt işlərini ələ keçirə bilib. Elə ki Ziya Məmmədovun nazir gəmisi batmağa başlayanda Şahin İbadov Ziya Məmmədovu əvəz edən Cavid Qurbanovla, sonra isə indiki “yollar naziri “ Saleh Məmmədovla “işgüzar” münasibət qura bilib. Ona sonuncu məsələdə nüfuzlu bir adam kömək edir.
Şahin İbadov az vaxtda milyonçuya çevrilib. Şəkidə Şəki şeben zavodunu, Şəki sünbül çörəyin zavodunu, Şəki diş poliklinikasını özəlləşdirib. Onun Lukoil-in üstündə 5 hektarlıq tikinti materialları bazarı, “Alsu” su istehsal zavodu, 20 ədəd xüsusi ev,milyonluq maşınlar və daha nələri yoxdur.
Bəs, bütün bunlara sahib olan Şahin İbadov Şəkidən niyə qaçdı, daha doğrusu, onu camaat Şəkidən niyə qovdu ?
Şahinin böyük qardaşı niyə həbs olundu, o kimi bıçaqlamışdı ?
Şahin İbadova kimlər 800 min atıb qaçdı ?
Şahinin oğlu Namiq İbadov cangüdənlə hansı dövlət qurumuna gedib-gəlir ?
Və digər maraqlı məqamlarla növbəti yazıda tanış ola bilərsiniz.
Bizi izləyin. //gundelik-baku.com//