Axtarış...

Ramazanda vaksin vurdurmaq olarmı? - Hacı Şahin açıqladı

Ramazanda vaksin vurdurmaq olarmı? - Hacı Şahin açıqladı


"Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr olacaq. Canlı yayım vasitəsilə, sosial şəbəkələr üzərindən insanlar bu ayinləri icra edə biləcəklər”.

Bunu "REAL İntervyu” verilişində çıxışı zamanı Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, Qədr gecəsinin dini ayinləri də canlı yayımlanacaq:


"Pandemiya dövründə məscidlərdə ayinləri icra etmək mümkün deyil. Ancaq müvafiq maarifləndirmə işləri aparılacaq”.

Ş.Həsənli bildirib ki, pandemiyadan xilas olmağın yolu epidemioloji tələblərə riayət etmək və vaksinasiyadır:

"Ramazanda oruc tutmaq vacibdir, ancaq kütləvi iftar mərasimlərində iştirak etmək vacib deyil”.

QMİ rəsmisi Ramazan ayında oruclu insanların vaksinasiyasının batil olub-olmamasına aydınlıq gətirib:

"Oruc halında vaksin vurulması insanın səhhətinə ziyan vurmur. Bu barədə həkimlə məsləhətləşmişəm. Mən də vaksin olunmuşam. Birinci doz vurulanda oruclu idim. Həkimlər dedi ki, bununla bağlı heç bir problem yoxdur.

Eyni zamanda, peyvəndləmə orucu da pozmur. İnsan oruc halında iynələrdən, vaksinlərdən istifadə edə bilər”.

Məscidlər bağlı olduğu üçün Ramzanda fitrə-zəkatın necə verilməsi barədə suala aydınlıq gətirən Ş.Həsənli bildirib ki, insanlar yaxın ətrafda olan yoxsul insanlara kömək edə bilərlər:

"Bunun məscidlərə ödənməsi vacib deyil. Sadəcə, məscidlərdə müəyyən icmalar vəsaiti toplayıb, siyahı üzrə yoxsul insanlara çatdırırdılar. Hər bir insan öz fitrə-zəkatını özü də ödəyə bilər”.







Text-to-Speech

DİNLƏ






Şərh yaz