Axtarış...

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb, 2 208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.


Xatırladaq ki, 02 Noyabr 2021-ci il tarixində 2178 yoluxma faktı və 31 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 561 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 418 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 753 825, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 973 724, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 397 065 təşkil edir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz