Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2005 yeni yoluxma faktı qeydə alınıb, 1011 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
Xatırladaq ki, 20 oktyabr 2021-ci il tarixində 2303 yoluxma faktı və 16 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.