Axtarış...

Azərbaycanda koronavirusa yoluxma faktı 1000-dən aşağı düşdü - SON VƏZİYYƏT

Azərbaycanda koronavirusa yoluxma faktı 1000-dən aşağı düşdü - SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb, 2442 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

Xatırladaq ki, 19 sentyabr 2021-ci il tarixində 1734 yoluxma faktı və 25 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1025 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 615 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7977574, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4619842, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3357732 təşkil edir.
Azərbaycanda koronavirusa yoluxma faktı 1000-dən aşağı düşdü - SON VƏZİYYƏT

Azərbaycanda koronavirusa yoluxma faktı 1000-dən aşağı düşdü - SON VƏZİYYƏT
Text-to-Speech

DİNLƏ






Şərh yaz