Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
2132 yeni yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
Xatırladaq ki, 28 oktyabr 2021-ci il tarixində 2420 yoluxma faktı və 29 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.XXX
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 044 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 556, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 488 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 567 956, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 377 464 təşkil edir.