Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Xatırladaq ki, 21 oktyabr 2021-ci il tarixində 2005 yoluxma faktı və 20 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
XXX
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 886 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 112 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 320 558, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 024 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 296 058 təşkil edir.