Axtarış...

FHN-də Şahmar Paşayev AB-HAVASI... - Adam FHN şefini də nzərə almırmış...


FHN-də Şahmar Paşayev AB-HAVASI... - Adam FHN şefini də nzərə almırmış...

Keçən günlərdə Fövəqladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətnin əməkdaşları Prezident İlham Əliyevə və Fövəqladə Hallar naziri Kəmaləddin Heydərova müraciət etməsi barədə məlumat yaymışdıq. Xəbərdə deyilirdi ki, onların şikayəti kirayə və ezamiyyə pullarını ala bilməmələri barədədir.

Şikayətçilər qeyd edir ki, bundan əvvəl etdikləri müraciətə görə təzyiqlərə məruz qalıblar: “Əvvəlki müraciətimizdən sonra bizim kirayə və ezamiyyət pullarımızı vermək əvəzinə bizə hədə-qorxu gəlirlər. Hərbi hissəyə çagirib xidmət rəisi, general mayor Şahmar Paşayev hədələyici tonda danışır. Deyirlər ki, mətbuata niyə deyirsiz? Mətbaut sizə pul verəndir?Bizə halal pulumuz vermirlər. Pulun ilin sonunda veriləcəyini vəd edirlər. Bizlər çətin vəziyyətdə kirayədə yaşayırıq. Mağazalarq çoxlu borcumuz var. Boğularaq övladlarımızın üzünə baxa bilmirik. Biz dərdimizi kimə deyək? Rəisimiz Şahmar Paşayevi aylarla görmürük. Çox zaman özünün şəxsi biznesi ilə məşğul olur, göydələnlər tikdirir. Olduqca çıxılmaz vəziyyətdəyik”.

Şikayətçilərin sözlərinə görə, Şahmar Paşayevin yanında alay komandiri polkovnik Xəlilli Məmməd və qərargah rəisi mayor Seyidəhməd Nurayev də bizi mətbuata şikayət ünvanladığımız üçün hədələyirlər: “Hərbi hissədə bizləri toplayıb məlumati paylaşanı müəyyən edəcəkləri və işdən çıxaracaqlar ilə hədələyirlər. “Biz onu tapıb sındıracağıq, xidmətdən qovacağıq” deyirlər. Polkovnik Mustafa Rəcəbov, kadrlar şöbəsinin rəisi Elxan Həmidov, polkovnik leytenant Çingiz Hüseynov xidmət rəisi kimi bizləri hədələyirlər. Bizə ildə iki dəfə olmaqla geyim verilməlidir. Amma xidmətin təhcizat şöbəsinin rəisi mayor Elyazov Rəşad formaları vermir. Xidmət rəisinin göstərişi ilə formalar bizə satılır. Etiraz bildirəndə Elyazov bildirir ki, 500 manat maaş alırsız, dövlət sizə maaş verir, gedin formanı alın, mənim üstümə gəlməyin! Deyir göstərişi Şahmar Paşayev verib. Xidmət rəisinə söz deyəni də işdən çıxarır, təqib edirlər. Elyazov Rəşad xidmət rəisinin yaxın adamıdır. Zabit və gizirlərin kirayə qaldığı evlərə zorla soxulmaqdan belə çəkinmir. Bu adamlara dur deyən yoxdu. Şəxsi heyətə qarşı kobudluq edənlərdən biri də mayor Axudlu Intiqamdır. Şəxsi heyətlə söyüşlə danışır, təhqir edir. Etiraz edəni də aşağılayır. Zabit və gizirləri istirahət günləri belə idarəyə çağırıb zabitə, gizirə yaraşmayan işləri gördürürlər. Bir sözlə xidmət çox bərbad gündədir. Cənab prezident, ümidimuz sizə qalib. Bizim kirayə, ezamiyyət pullarımızı vermirlər. Vəziyyət çox pisdir, dolana bilmirik. Halal haqqımızı ala bilmirik”.

DİA.AZ-a son olaraq bu barədə danışan mənbə bildirir ki, bütün bu yazılanlarla adekvat reaksiya vermək əvəzinə, hım yerli KİV-i və həm də şikayətçiləri hədələyən Şahmar Paşayev və onun ətrafı yenə də şikayətçiləri cəzalandırmaq fikrinə düşüblər.

Bu barədə danışan mənbə iddia edir: "Bu gün əməlli-başlı casus axtarışına çıxıblar. Sanki xalq düşməni axtarırlar. Amma əslində problemi həll etmələri üçün daha az əziyyətə qatlaşmalı idilər".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz