Axtarış...

Kəmaləddin Heydərov generala yeni vəzifə verdi

Kəmaləddin Heydərov generala yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr təyinatları olub.

“Report” xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov daxili rotasiya qaydasında Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dövlət Yanğın Nəzarət Xidmətinin rəisi, general-mayor İsrail Əliyev isə Bakı Regional Mərkəzinin rəisi təyin olunub.

FHN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz