Axtarış...

FHN: “Ötən sutka ərzində dörd nəfər xilas edilib, bir nəfər ölüb”

FHN: “Ötən sutka ərzində dörd nəfər xilas edilib, bir nəfər ölüb”
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və üç halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış dörd nəfər xilas edilib, bir nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.



Şərh yaz