Kəmaləddin Heydərov deyəsən, Azərbaycanın ilk və sonuncu Fövqəladə Hallar Naziri olacaq. Anlaşılanı budur. DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyaya görə, gözlənilən struktur islahatlarında FHN-nin də ləğvi planlaşdırılır.
Qeyd edək ki, yerli KİV-də hökumtəin total və ciddi struktur islahatları tədarükündə olması haqda informasiyalar yayılıb.
Dia.az-a danışan mənbə bildirir ki, FHN-nin ləğv edilməsi nəticəsində onun səlahiyyətləri Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və daha bir neçə qurum arasında paylaşdırılacaq. Eyni zamanda ayrıca olaraq Yanğınsöndürmə Xidməti adlı qurum da FHN-nin bazasında formalaşdırılacaq.
Onu da qeyd edək ki, Kəmaləddin Heydərov hansısa nazirliyin ilk və son rəhbəri olaraq tarixə düşəcək yeganə şəxs deyil. Buna qədər Ziya Məmmədovu da xatırlayırıq. O da Nəqliyyat Nazirliyinin yeganə rəhbəri kimi yaddaşlarda qalıb.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...