Yaxın günlərdə Fövqəladə Hallar Nazirliyndə Kəmaləddin Heydərova yeni müavin təyinatı olacaq. Bu barədə xeber.de-yə daxil olan məlumatda bildirilir ki, yeni müavin Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevi əvəz edəcək. Yeni müavinin Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun olduğu bildirilir.
Qeyd edək ki, son günlər Ramiz Mehdiyevlə hakimiyyət arasında baş verən qarşıdurmadan sonra Teymur Mehdiyevin yaxın günlərdə vəzifədən alınacağı gözlənilir.
Teymur Mehdiyev 2014-cü ildən FHN-də nazir müavini vəzifəsində çalışmaqdadır. Bu vəzifəyə təyinat alarkən ona general-mayor rütbəsi verilib. Bundan əvvəl isə Teymur Mehdiyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsində çalışıb. İddilara görə istər Dövlət Miqrasiya Xidmətində, istərsə də Fövqəladə Hallar Nazirliyndə işə çox az çıxıb. Elə beş il müddətində FHN-də çalışdığı müddətdə də onu nazirlikdə çox az adam görüb. FHN-də nazir müavini kimi fəaliyyətinin istiqaməti də bilinmir.
Etibarlı mənbə xeber.de-yə bildirib ki, Teymur Mehdiyevin yerinə gələcək olan Mehman İsmayılov 2014-cü ilin fevral ayından Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqına rəhbərlik edir. O, Kəmaləddin Heydərovun birinci müavini Rəfail Mirzəyevə yaxın adam hesab olunur.
Mehman İsmayılov artıq yeni vəzifəyə təyinat almamışdan öncə özünün reklam işləri ilə məşğul olmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin "Facebook" səhifəsində dünən Mehman İsmayılovun şəhid Orxan Həmidovun ailəsi ilə görüşü haqqında məlumat yayımlanıb. Mənbə qeyd edib ki, Mehman İsmayılovun bunula ictimai işlərdə fəallığı gözə çarpdırılır.
Xatırladaq ki, Mehman İsmayılov Prezident Adminstrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun qardaşı oğludur.