Axtarış...

Daşkəsən sakinlərini çeşidlərə bölürlər? - İDDİA



Daşkəsən rayon Xoşbulaq kənd sakinləri qaz çəkilişi ilə bağlı problemlə üzləşiblər.
Sakinlərin dediklərinə görə 2012-ci ildə Xoşbulaq kəndinə qaz xətti çəkilməsinə başlanılıb və 2018-ci ildə yarımçıq başa çatdırılıb.Bir qrup yerli kənd sakinlərinin də evlərinə sayğac qoyulmamışdır.
Kənd yay fəslində istirahət zonası kimi fəaliyyət göstərir.Kənddə yay mövsümündə təxminən 600-dən çox ailə yaşayır.Qışda isə 50-60 ailə qalır ki,onların da evlərinə sayğac qoyulmamışdır.Kəskin iqlim şəraitində yaşadıqları üçün onların təbii qaza ehtiyacları daha böyükdür.Evlərə seçmə yolu ilə sayğac qoyulmasının səbəbini isə sakinlər hələ də başa düşmürlər.
Elə evlər var ki, onların tikilişi tam başa çatmadığı halda, həmin evlərə sayğac qoyulmuşdur.Lakin, nədənsə kənddə daimi yaşayan bir çox kənd sakinlərinin evlərinə sayğac qoyulmamışdır ?
Belə sayğaclaşdırmaya nə ad vermək olar ? Kənd sakinləri bununla bağlı Daşkəsən rayon Qaz İstismarı Sahəsinə və Gəncə şəhər Regional Qaz İstismarı İdarəsinə də rəsmi qaydada yazılı şəkildə müraciət etmişlər.Lakin hələ də heç bir tədbir görülməyib.Görünən isə odur ki,deyəsən bu qışı da Xoşbulaq kənd sakinləri odunla yola verəcəklər.

Mövzuya qayıdacağıq.
REPORTYOR.info
Text-to-Speech

DİNLƏ






Şərh yaz