Axtarış...

Nurəddin Mustafayev “tikinti kralı”nın qabağından niyə qaçır? - İTTİHAM



Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov artıq 5 ildir ki, ona məxsus “Şərur” MTK-dan mənzil alan sakinləri süründürür, mənzillərini özəlləşdirməyə imkan vermir. Bu şikayətlə cumhuriyyet.az-ın redaksiyasına bir qurup vətəndaş müraciət edib. Şikayətçilər bildirirlər ki, M. Xiyabani küçəsində hələ 2008-ci ildən başlayaraq “Mur-Ay” MMC tərəfindən heç bir sənədləşdirmə aparılmadan tikinti aparılıb və binalardan mənzil alan sakinlər dələduzluq yolu ilə aldadılıb. Yalnız 2011-ci ildə prezidentin məsələyə müdaxiləsindən sonra vətəndaşlara dəymiş ziyanın ödənməsi üçün tədbirlər görülüb, binanın tikintisinin davam etdirilməsi “Şərur” MTK-ya tapşırılıb.
17 dövlət qurumu (Bakı Şəhər İcra Hakimiyyəti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar nazirliyi və sair) ilə “Şərur” MTK arasında olan razılaşma müqaviləsinə görə, MTK-ya yarımçıq qalmış binaların tamamlanması üçün əlverişli şərait yaradıb, güzəştlər verib. Əslində göstərilən ünvanlarda yerləşən 1 və 3 girişli binaların tikintisi çoxdan başa çatsa da, MTK rəhbərliyi – İsfəndiyar və İmran Axundov qardaşları “Mur-Ay” MMC-nin fırıldaqlarından zərər çəkən sakinlərlə bağlı götürdükləri öhdəliyi yerinə yetirməkdən imtina edir.
2018-ci ilin mart-dekabr ayları müddətində zərərçəkmişlər öz haqlarını məhkəmə yolu ilə bərpa etməyə çalışır və beləliklə həm Bakı Apellyasiya Məhkəməsində həm də Ali Məhkəmədə qanuni və ədalətli qərar çıxarılmışdir. Bu qərarlarda “Şərur” MTK-nın zərərçəkənləri mənzillə təmin etməyə borclu qoduğu konkret və adbad göstərilmişdir. Məhkəmə qərarlarından sonra Binəqədi Rayon İcra və Probasiya şöbəsi 2019-cu il sentyabrın 19-da icraata başlamaq haqqında qərar çıxarır. Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun imzaladığı qəra5rda açıq şəkildə göstərilir: “Borclu “Şərur” MTK-ya təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. İcra könüllü təmin edilmədikdə:
– borclu barəsində məcburi icra tədbiri görülsün;
– icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun”. Qərarın çıxarılmasından 10 yox, 100 günə yaxın vaxt keçir, amma Ədliyyə Nazirliyinin əməkdaşları İsfəndiyar Axundova yaxın düşə bilmirlər. Halbu ki, çax az miqdarda bank, yaxud aliment borcu olan vətəndaş dərhal həbsə atılır. Bununla bağlı şikayətçilər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayevin qəbulunda olsalar da, yüksək dövlət vəzifəsi daşıyan və faktiq olaraq dövlətin icra gücünün başında duran şəxs İsfəndiyar Axundova qarşı getməkdən çəkindiyini nümayiş etdirib. Şikayətçilərin cumhuriyyet.az-a bildirdiyinə görə N.mustafayev söhbətdə açıq açığına İ.Axundovun güclü himayədarlarının olduğunu bildirib. Maraqlıdır bu ölkədə Prezidentin və Dövlət qanunlarından üstün güc kimdir?

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz