Axtarış...

Elşad Abdullayevin gizli işi İFŞA OLUNDU - İTTİHAM

Elşad Abdullayevin gizli işi İFŞA OLUNDU - İTTİHAM


Rusiya vətəndaşı, Moskva vilayəti, Vidnoye şəhəri, Sovet keçidi, ev 4, m. 69 ünvanında yaşayan azərbaycanlı, Fuad Furudun oğlu Rzayev tərəfindən Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb.

Aktualinfo.org sözügedən müraciəti olduğu kimi təqdim edir.

Çox hörmətli Mehriban xanım!

Mən Fuad Furudun oğlu Rzayev müqəddəs Ramazan ayının başlanması münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm.

Sizə xoş günlər, xoşbəxtlik və firavanlıq arzulayıram!

Arzu edirəm ki, orucluq günlərinin hər birini Allah qəlbinizə xoşbəxtlik,hüzur bəxş etməklə başa vursun. Qoy sizin inamınız gündən-günə daha da güclənsin. Sizə və evinizə salam olsun!

Mən, Fuad Furudun oğlu Rzayev Rusiyada Azərbaycan xalqının layiqli imicinin parlaq qoruyucusuyam və bununla da Azərbaycan Respublikasının ərazisində törədilmiş bir sıra ağır cinayətlər üzrə beynəlxalq axtarışda olan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Abdullayev Elşad İslam oğlu kimi neqativ vətəndaşları ifşa etməyə çalışıram.

Hazırda Abdullayev Elşad İslam oğlu Azərbaycan Respublikasının hüdudlarından kənarda Prezident İlham Əliyev və ailəsini bütün sosial şəbəkələrdə, heç cür qəbul edə bilmədiyim formada şərəf və ləyaqətini açıq təhqir edən, çirkin məlumatlar yayan bir sıra bloqerləri (jurnalistlər) maliyyələşdirməyə davam edir.

Mən bu məsələ ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişəm. Təəssüf ki, indiyə qədər cavab almamışam.

Azərbaycan DİN-in Baş Cinayət-Axtarış İdarəsi Arzu Daşdəmirov tərəfindən verilən cavabdan belə görünür ki, İnterpolun Baş Katibliyinin 23.01.2020-ci il tarixli qərarı ilə təşkilatın Nizamnaməsinin 2 (1), 3-cü bəndinə əsasən Elşad Abdullayevin beynəlxalq axtarışına xitam verilmişdir.

Mən öz tərəfimdən qətiyyətlə xahiş edirəm ki, ədalət mühakiməsindən gizlənən cinayətkar Abdullayev Elşad İslam oğlu barəsində İnterpol xətti ilə beynəlxalq axtarışın yenidən başlanması üçün müvafiq tədbirlər görəsiniz.

Hörmətlə: Rzayev Fuad Furudun oğlu //aktualinfo.org//
Elşad Abdullayevin gizli işi İFŞA OLUNDU - İTTİHAM
Elşad Abdullayevin gizli işi İFŞA OLUNDU - İTTİHAM
Elşad Abdullayevin gizli işi İFŞA OLUNDU - İTTİHAM


Daha çox xəbər

Şərh yaz