Axtarış...

İki müsəlmanı üz –üzə qoyan kimlərdir

İki müsəlmanı üz –üzə qoyan kimlərdir
Son günlər Azərbaycan və İran arasında bəzi fikirlərin şahidi oluruq.

Bu müasir dövrümüzün indi elə bir vaxtını yaşayırıq ki, müsəlman xalqlarını biri birinə qırdırılmasının açıq aydın şahidi oluruq. İrakda, Suriyada,Liviyada Yəməndə və s müsəLman ölkələrində baş verənlər buna tam subutdur.

Bütün baş verənləri müsəlmanları sevməyən Qərbin və Şərqin xüsusi xidmət orqanlarının məkirli məqsədləri göz garşısındadır . Məqsəd müsəlman xalqlarını və müsəlmanlığı qəbul etmək istəyənləri öz niyyətlərindən çəkindirməklə eyni zamandada müsəlman xalqları haqqında mənfi fikir formalaşdırmaqla süni şəkildə müsəlmanlar arasında soyuq müharibənin getdiyini dünya ictimayətinə çatdırmaq istəyidir. Hazırda Azərbaycan və İran arsında baş verənlər Məhərrəm ayından sonra və Ərbəin ərəfəsində baş verməsidə məqsədli şəkildə qeyd etdiyimiz xüsusi xidmət orqanlarının peşəkar əməyi nəticəsində baş verir.

Burada bir neçə məqamı qeyd etmək lazımdır.

Birincisi: Bütün bu hadisələr əvvəlcədən hazırlanmışdır və Ərbəin ərəfəsində baş verməsi hazırlanmış senari olduğunu göstərir.

İkincisi: İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bütövlüyünün yaranması bu gərginliyin əsas mühüm məqsədidir.

Üçüncüsü: Azərbaycanda hakimiyətində olan bəzi köhnə siyasətçilərin Qərbin və Şərqin xüsusi xidmət orqanları ilə əlaqəyə girərək onların məqsəd və fikirlərini müxtəlif formalarda cəmiyyətə sirayət etdirirlər .

Dördüncüsü: İki qonşu müsəlman ölkələr kimin hədəflərid.

Yeni fitnədə əsas düşməni görmək lazımdır. Məkrli düşmən müsəlmanı - müsəlmana qarşı qoyaraq müsəlman qardaşları arasında münaqişəni alovlandırmaq üçün bəzi ölkələrin xüsusi xidmət orqanları Azərbaycan siyasətçilərinin arxasında gizlənir.Məqsəd Azərbaycan və İran arasında sərhədlərinin etibarsız vəziyyətə gətirmək.

Görünür yaxın zamanlarda bölgədə iki müsəlman ölkəsi arasında müqavimət cəbhəsini qırmaqdır. Qarşıdakı yeni dövr müqavimət dövrü kimi yadda qalacaq.

Mehdi Nalbəndi
Təbriz
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz