Daha üç şirkət “Gilan” brendindən imtina edərək, adını, hüquqi ünvanını və rəhbərini dəyişiblər. Bu dəfə də, sentyabrın əvvəlində olduğu kimi bir şəxsin rəhbərliyi ilə qeydiyyat ünvanlarını eyni ünvana dəyişiblər. Bununla da 2021-ci ilin əvvəlindən “Gilan” brendi ilə fəaliyyət göstərən 8 şirkət adını başqa ada dəyişməli olub.
Millitv.az Banker.az-a istinadən xəbər verir ki, “Gilan Agricultural Internatıonal” MMC adını “ABA Aİ” MMC-yə, “Gilan Hospitality-Bakı” MMC adını “ABA HB” MMC-yə və “GİLAN LOGİSTİCS GROUP” MMC isə adını “ABA Logistics Group” MMC-yə dəyişmişlər.
Sentyabrın əvvəlindən isə “Gilan Cotton and Grain” MMC “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC ilə bazarda çıxış edirlər.
Hazırkı və 20 gün öncəki adları çəkilən şirkətlər Bakı Şəhəri Xətai Rayonu, Babək pr., ev 8, məh. 1130/1133, m. 70 hüquqi ünvanında qeydiyyatdadırlar.
Şirkətlərin qanuni təmsilçisi isə Günel Qafarova Vilayət qızıdır.
Bu 2021-ci ilin əvvəlində “Gilan Constraction” MMC adını dəyişməklə “Core Constraction” MMC-yə və ən əsası isə may ayında Gilan Dəri Zavodu (“Gilan Dəri” MMC) rebrendinq edərək “A.C.E Dəri” MMC-yə çevrilmişdilər.
Qeyd edək ki, adıçəkilənlərin bir neçəsi “Gilan Holding” MMC ilə eyni – Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466 ünvanına qeydiyyata alınmışdılar.