Axtarış...

Qusarın icra başçısının bacısı oğlundan kənd camaatına QƏRİBƏ QADAĞA... - Adamlar HARINLAYIB...

Qusarın icra başçısının bacısı oğlundan kənd camaatına QƏRİBƏ QADAĞA... - Adamlar HARINLAYIB...

Azərbaycan respublikasının Konstitusiyası, demokratik qanunları Qusar rayonunda deyəsən, işləmir. Bizə edilən şikayətdən belə anladıq ki, rayonda qanun da, qayda da böyüklərin əlindədir.

Qusarın Avaran kənd sakinləri bildiriblər ki, kəndə qaz xətləri çəkilsə də qaz verilmir. “Qış bu gün sabah qapını kəsəcək. İstilik problemi gözümüzün odunu alıb. Meşələrə əl vurmaq olmaz, cərimə adamı ocaqdan betər yandırır, odun almağa güc yetmir, yandırmağa da başqa heç nə tapmırıq. Bu dərdimizə bir çarə tapın”.

Adamı dediklərindən də çox demədikləri yandırır. Bu kəndin camaatına şikayət etmək qadağası qoyulub. Qadağanı qoyan da Avaran kənd icra nümayəndəsi Hacıbala Babayevdir. O Hacıbala ki, dayısına güvənir, yəni Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova. İcra nümayəndəsi deyib ki, kəndə ayaq basan jurnalistləri də, onlarla danışıb, şikayət etmək istəyən kənd sakinlərini də cəzalandıracaq. Necə tapşırıbsa camaat da qorxusundan səsini çıxarmaq istəmir.

Redaksiyamıza anonim zəng vuran şikayətçi də deyir ki, “vallah mən dövlət əleyhinə deyiləm e, başçıya da qurban olum, onun bacısı oğluna da. Min il kresloda qalsınlar. Tək istədiyimiz odur ki, bizə qaz versinlər”.

Bunun adına acizlikmi deyim, dərəbəylikmi deyim bilmədim. Amma yadıma bir hadisə düşdü deyə bir az da güldüm. İllər öncə mərhum sənətkar Lütfəli Abdullayev ucqar bir dağ kəndinə qostrola gedib. Kolxoz sədri camaatı yığıb kluba, deyib “hamı gəlsin, Bakıdan hörmətli sənətkar gəlib”.

Özü də oturub ön sırada. Lütfəli Abdullayev çıxıb səhnəyə, müxtəlif monoloqlar danışıb, tamaşalardan parçalar göstərib. Bakıda bütün çıxışları qəhqəhə sədaları, alqış səsləri ilə kəsilən sənətkarı camaatın səssizliyi təəccübləndirib. Nə qədər dəridən qabıqdan çıxsa da, kolxozun bir üzvü belə qımışmır. Tamaşa bitir, Lütfəli Abdullayev pərt halda kolxoz sədrindən soruşur ki, camaat mənə niyə gülmədi?

Kolxoz sədri də işgüzar görkəmlə cavab verir: “O nə deməkdi, Lütfəli müəllim, sizə gülənin ağzını cıraram. Tapşırmışdım, tamaşadan əvvəl, bir köpəyoğlu artıq-əskik hərəkət etsə, gülsə, gözünü deşərəm. Hünərləri nədir, gülsünlər”.

Deyirəm, görəsən Lütfəli müəllimin konsert verdiyi o kəndin kolxoz sədri bayrağını Hacıbala Babayevə vəsiyyət edib gedib? Hacıbala Babayevə zəng çatmadığına görə onun bu barədə nə deyəcəyini bilə bilmədik. Amma yenə fikirlərini dərc etməyə hazırıq.
Bizimyol.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz