Deputat Jalə Əliyevaya güvənib örüş sahəmizi zəbt ediblər... - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Bia.az xəbər verir ki, Zərdab rayonunun Şahüseyinli kənd camaatı ümumilikdə 200 hektardan cox örüş sahələrinin kənd sakinləri Zabitəli Heydərov, Zülfi Heydərov, Böyükəli Qarayev, Azər Şirinov, Səfurə Pənahova tərəfindən zəbt olunmasından fəryad edir. Bu torpaq sahəsini rayon İH başcısının birinci müavini Pərvin Vəliyeva, kənd icra nümayəndəsi Abubəkir İsayev, Baytarlıq idarəsinin müdiri Mənsim Pənahov və baş aqronom Namıs adlı şəxs tərəfindən qanunsus olaraq satıldıgını deyən kənd sakinləri demək olar ki, bütün aidiyyatı qrumlara şikayət etsələr də hec bir tədbir görülmür. Kəndin icra nümayəndəsi Abubəkir İsayev isə kənd sakinlərini kecmiş deputat, hazırda 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlıga namizəd professor Jalə Əliyevanın adı ilə hədələyir. Bia.az həmin videonu təqdim edir.