Axtarış...

“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub

“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 44 günlük müharibə ilə bağlı fikirlərini bölüşüb.

Millitv.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların başlanmasının onun üçün gözlənilməz olduğunu etiraf edib.

“Ermənistan dövlət strukturlarının mənə 2020-ci il 25 sentybar tarixinə qədər mənə təqdim etdikləri hesabatlarda müharibənin başlanma ehtimalı cüzi dəyərləndirilirdi”-deyə baş nazir Nikol Paşinyan iclasda deyib.

Xatırladaq ki, düşmən təxribatlarına cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan Qarabağda “Dəmir yumruq” əməliyyatına başlayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz