Axtarış...

Paşinyan Azərbaycanın əsirləri “ikinin ikiyə” prinsipi ilə dəyişdirmək təklifinə baxır - “XƏBƏRDARIQ, MÜZAKİRƏ EDİRİK...”

Paşinyan Azərbaycanın əsirləri “ikinin ikiyə” prinsipi ilə dəyişdirmək təklifinə baxır - “XƏBƏRDARIQ, MÜZAKİRƏ EDİRİK...”

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın iki erməni əsirini Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovla dəyişdirmək təklifini nəzərdən keçirir. Virtualaz.org bildirir ki, bu haqda Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan məlumat verib.

"Biz bu təklifdən xəbərdarıq və bu məsələni müzakirə edirik",- deyə mətbuat katibi erməni jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.

"Məsələnin həssaslığını nəzərə alaraq, həlli üçün cavabımız olan zaman açıqlama verəcəyik", - deyə V. Karapetyan qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Əsir və İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət Komissiyası 11 sentyabr 2019-cu ildə beynəlxalq təşkilatlara Karen Kazaryan və Araik Kazaryanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə dair müraciət göndərdiyini bildirib.

Karen Kazaryan Azərbaycanda diversiya törətmək cəhdinə görə həbsdədir, Araik Kazaryan isə hərbi qulluqçu olub, zabitlər tərəfindən amansız rəftara məruz qaldığı üçün təmas xəttini keçərək Azərbaycan tərəfinə sığınıb.

Ermənistan tərəfi uzun müddətdir Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovların dəyişdirilməsinə dair bütün təklifləri rədd edirdi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz