Axtarış...

Paşinyan indi də burcutmağa başlayıb... - “Ermənistan hələlik KTMT-yə müraciət etmək niyyətində deyil”


Ermənistan hələ ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı KTMT-yə müraciət etmək niyyətində deyil.

Ovqat.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında belə deyib.

"KTMT-yə müraciət siyasi məsələdir. Müraciət etməyin vaxtı gələndə limitlərdən danışmaq çox çətindir. Biz KTMT ilə sıx işləyirik, lakin xüsusi prosedurları həyata keçirmək tamamilə başqa məsələdir. Ermənistan silahlı qüvvələri ölkənin təhlükəsizliyini qorumağa qadirdir", - deyə o bəyan edib.

Ermənistan bütün üsullarla öz təhlükəsizliyini təmin edəcəkdir.

"KTMT ilə və ya KTMT olmadan - bu başqa məsələdir. Biz vəziyyətdən və ümumi siyasi kontekstdən asılı olaraq təhlükəsizliyimizi təmin etmək üçün bütün imkanları müzakirə edirik", - deyə Nikol Paşinyan vurğulayıb.

Qeyd edək ki, son müharibə başlayandan bəri Paşinyan dəfələrlə Rusiya prezidenti Vladimir Putinə yardım üçün müraciət edib və hər dəfə ümumi sözlərlə yola verilib. Türkiyə diplomatik qaynaqlarının açıqlamalarına görə, Paşinyana Azərbaycanın öz sərhədlərində separatizmə qarşı mübarizə apardığı və KMTM-nın bu vəziyyətdə Ermənistana yardım edə bilməyəcəyi başa salınıb. Nədən ki, KTMT Nizamnaməsinə əsasən üzv dövlətlərdən biri hücuma məruz qalarsa, kollektiv müdafiə haqqı doğur. Bu döyüşlərdə isə Ermənistana hücumdan söhbət gedə bilməz.
Text-to-Speech

DİNLƏ






Şərh yaz