Axtarış...

Paşinyan kommunikasiya xətlərinin açılmasına loyal yanaşır, amma Kreml... - GƏLİŞMƏ

Paşinyan kommunikasiya xətlərinin açılmasına loyal yanaşır, amma Kreml... - GƏLİŞMƏ

Ermənistan baş naziri Nikol Paşinyan bölgədə kommunikasiyaların açılması məsələsində qətiyyətli olduğunu deyib. O, hökumətin iclasında xatırladıb ki, avqustun 24-də hökumətin 5 illik proqramını parlamentdə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılmasının Ermənistan hakimiyyəti üçün ən vacib istiqamətlərindən biri olacağını bildirmişdi. “Bildiyiniz kimi, yenidən baş nazir vəzifəsinə seçildikdən sonra artıq İrana səfərim baş tutdu və bu gün Gürcüstana gedirəm.

Həm İran, həm də Gürcüstanla müzakirə olunan məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır və bu kontekstdə Şimal-Cənub mövzusuna önəm verirəm”, - deyə o vurğulayıb.

Paşinyan əlavə edib ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı gündəm də vacibdir: “Bunun üçün lazımi şəraitin yaradılmasına görə səy göstərməyə davam edirik”.

Baş nazir, həmçinin Türkiyə ilə münasibətlərdən danışıb. Onun sözlərinə görə, Türkiyə prezidenti Ermənistanla münasibətlərin normallaşması ehtimalını açıq şəkildə şərh edib.

“Bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Biz daha geniş kontekst əldə edə biləcək belə bir söhbətə hazırıq”, - deyə Paşinyan bildirib.

Paşinyanın bəyanatlarını “Sherg.az”a şərh edən Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədlinin fikrincə, erməni baş nazirin açıqlamaları blef deyil:

“Paşinyanın Qərbmeyilli siyasətçi olduğu proseslərə əsaslı təsir göstərir. Qərb Ermənistanı Rusiyanın “əlindən almaq istəyir”. Və bunun yeganə yolunun kommunikasiya xətlərinin açılması olduğunu bilir. Ermənistanda rasional düşünən siyasətçilər, o cümlədən Paşinyan özü məsələyə loyal yanaşır. Şübhəsiz ki, burada Türkiyə ilə münasibətləri də nəzərə almaq lazımdır”.

Ə.Məmmədlinin qənaətincə, rəsmi İrəvanın şansları getdikcə azalır:

“İndi əsas məsələ Rusiyanın və Ermənistandakı ruspərəst siyasətçilərin baş verənlərə nə cür reaksiya göstərəcəyidir. Şübhəsiz, kommunikasiya xətlərinin açılması Kremlə sərf etmir. Buna mane olmaqdan ötrü daxildə “suları bulandıra”, qarışıqlıq yarada bilər. Ona görə də gərək Ermənistan qətiyyətli olsun. Paşinyanın kommunikasiya xətlərinin açılmasının qarşılığında hansısa şərtlər irəli sürmək imkanı yoxdur. Həm də müharibədən əvvəl düşmən güzəştə getmirdiksə, bunu indi niyə etməliyik?”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz