Axtarış...

Paşinyan məğlubiyyətin məsuliyyətini üzərində olduğunu bildirib


Ermənistan Baş naziri Nikol Paşinyan yaxın zamanda görüləcək işlərlə bağlı 15 maddəlik “yol xəritəsi” təqdim edib və hökumətin tərkibində dəyişikliklərə təşəbbüs göstərəcəyini bildirib.

TASS-ın məlumatına görə, bu barədə o, özünün “Facebook” səhifəsində xəbər verib.

Çıxışında mövcud acınacaqlı vəziyyətə görə məsuliyyətin öz üzərində olduğunu qeyd edən Paşinyan, istefası barədə söz açmayıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz